Fərid Qayıbov Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə görüşüb FOTO
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi çərçivəsində Azərbaycana səfər ediblər.
İdman.biz xəbər verir ki, bu gün gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Nazir türkiyəli nümayəndələrin Azərbaycandakı idman qurumlarına səfərlərini yüksək qiymətləndirərək bu cür mübadilələrin peşəkar bilik və təcrübənin bölüşdürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə nümayəndə heyətinin üzvləri səfər çərçivəsində əldə etdikləri təəssüratları bölüşüblər.
İdman.biz
Baxış sayı:121
Bu xəbər 15 May 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















