Fərid Şəfiyev: Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Gələn ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri Azərbaycan üçün maraqlıdır.
Mia.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.
O, həmçinin qeyd edib ki, Azərbaycana qarşı müxtəlif platformalarda qarayaxma kampaniyası aparılır: "Aktiv şəkildə beynəlxalq media qurumları ilə işləyirik. Lakin bəzi problemlərlə üzləşirik. Belə ki, bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyalarına davam edir, məqalələr dərc olunur. Guya ki, bizim sülh prosesi təkcə Azərbaycanın maraqlarına hədəflənib".
F.Şəfiyev gələn il baş verəcək hadisələrə diqqət çəkərək bildirib ki, iyun ayında Ermənistanda seçkilər olacaq: "Bu hadisə bizim üçün maraqlıdır. Biz bəzi addımlarım atılmasını gözləyirik. ABŞ-nin vasitəçiliyi ilə aramızda olan danışıqlar önəmlidir".
Sədr əlavə edib ki, ABŞ ilə münasibətlərdə Strateji Tərəfdaşlıq Xartiyası, 907-ci düzəliş Azərbaycan üçün çox vacib məsələlərdir: "Ümid edirik ki, Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə də yeni mərhələ açılacaq. Bəzən müəyyən problemlərlə üzləşirik. Buna nümunə Ermənistanla Aİ arasında imzalanan sənəddə Azərbaycan əleyhinə fikirlərin yer almasıdır"(report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 26 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















