Icma.az
close
up
RU
Fernando Santuş gedir, Abdulla Avcı gəlir DETALLAR

Fernando Santuş gedir, Abdulla Avcı gəlir DETALLAR

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 2-də futbolumuzda yeni dönəmin başladığını düşünürdük. AFFA rəhbərliyində baş verən dəyişikliklərin yeni layihələrə, inamlı addımlara, qələbəli günlərə, qısası, intibah dövrünə aparacağını zənn edirdik. Xam xəyallara dalırdıq ki, milli komandalarımız “çiçəklənməyə” başlayacaq.

Düzdü, elə o vaxtdan aysberqin görünməyən tərəfləri haqda yazmış, xəbərdarlıq etmişdik ki, müəyyən sahələr üzrə konkret plan əsasında inkişafa meyilli olmadıqca, nəsə dəyişməyəcək. Lakin ümidlərin sonda ölməsi bizim qəlbimizdə də bir qədər titrəyiş yaratmışdı. Hər halda, hələ “dişə çəkiləsi” uğur qazanılmayıb...
Yeni AFFA rəhbərliyinin ən ciddi addımı yığmanın baş məşqçi postuna Fernando Santuşun gətirilməsidi. Yığmamız postuqaliya mütəxəssisin rəhbərliyi altında hələ ki bir turnirdə çıxış edib. Söhbət Millətlər Liqasından gedir ki, kollektiv 6 matçda cəmi bir xal qazandı və sonuncu pillədə qərarlaşdığından D liqasına yuvarlandı. Bunun adı tarixi enişdən, milli faciədən, görünməmiş fiaskodan başqa bir şey deyil. Razıyıq. Amma yenə vurğulayaq ki, mövzu məhz uğursuz baş məşqçi seçimi və ya çalışdırıcının səhv seçimlərindən ibarət deyil. Şablon ifadədi, amma deməkdə fayda var: problemin kökü daha dərindədi!
Yığmamızın İsveçə 0:6 hesablı məğlubiyyətindən təxminən iki həftə keçib. Bəs bu mövzuya niyə qayıtdıq? Daha doğrusu, oxucularımızın yarasını deşməkdə məqsədimiz nədi? Əsas məsələyə keçid alaq.
Son günlər Fernando Santuşun istefa verəcəyi ilə bağlı xəbərlər intensivləşib. İddialara inansaq, mütəxəssisin işi AFFA rəhbərliyini qane etmədiyindən baş məşqçi yola salınacaq. Amma nəticələrdə ən az pay sahibi olan şəxs bəlkə elə Santuşdu.
Artıq türkiyəli mütəxəssis Abdulla Avcının millimizi çalışdıracağı haqda xəbərlər dolaşır. 4 il əvvəl olduğu kimi. Xatırlayırsızsa, 2020-ci ildə də belə məlumat yayılmış, məsələyə “TRT Spor” nöqtə qoymuşdu:

“Abdulla Avcı Azərbaycan millisində işləmək niyyətində deyil. AFFA 57 yaşlı mütəxəssisə təklif göndərsə də, tərəflər arasında görüş baş tutmayıb. Onun planlarına milli komandada işləmək daxil deyil”.


İndi iddia olunur ki, Öndər Karavəlinin ölkəmizə gəlişi də məhz bu məsələylə bağlıdı. Guya Avcı mütəxəssisi Bakıya göndərib ki, hadisələrin axarını təhlil etsin və lazımi məlumatı topladıqdan sonra özünə çatdırsın. Yəni məşqçi Karavəlinin hesabatından sonra millimizlə bağlı konkret qərar verəcək. Dünən Abdulla bəylə əlaqə saxlamağa cəhd göstərsək də, mesajlarımız və zənglərimiz cavabsız qaldı. Belədə Türkiyədəki qaynaqlarımıza müraciət etdik. Bəlli oldu ki, qardaş ölkənin gündəmində belə müzakirə yoxdu.
Avcının sonuncu iş yeri Türkiyənin dörd nəhəngindən biri olan “Trabzonspor”du. Xatırlayırsızsa, mütəxəssis bu komandanı 2021/22 mövsümündə - 38 illik fasilədən sonra çempion etmişdi. Ötən “futbol ili”nin gedişində yenidən kollektivi çalışdırmağa başlayan Avcı bu mövsümün əvvəllərində uğursuz nəticələr üzündən istefaya göndərildi. O, hazırda işsizdi. Belədə adının yığmamızla hallanmasını normal qəbul edə bilərik. Lakin bunun üçün Santuşla vidalaşmaq lazımdı. Bunun üçün də gərək İcraiyyə Komitəsinin iclası keçirilsin. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlinin qəzetimizə verdiyi məlumata görə, iclasın dekabrda keçiriləcəyi dəqiqləşsə də, tarix hələ bilinmir. Yeri gəlmişkən, yığmanın baş məşqçisi postuna namizədlər sırasında Robert Prosineçkinin də adı var.
Bu hələ harasıdı?! Söhbət yeni gündəmə gəlib. Qarşıdakı günlərdə daha bir neçə mütəxəssisin ismi yığmamızla hallanacaq. Əsas məsələ isə yenə arxa pərdədə qalacaq: millimizin problemi baş məşqçilərlə bağlı deyil! Futbolçu yetişdirin! Müasir standartlara uyğun infrastruktur qurun! Başqa sözlə, Ferstappen hara, “Jiquli” hara?!
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri