Fernandu Santuş: Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları əldə etməyi planlaşdırmışam
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu illər ərzində Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları əldə etməyi planlaşdırmışam.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya ilə keçiriləcək matçdan öncə mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis komandanın durumunu dəyərləndirib:
"Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları qazanmağı planlaşdırmışam. Mən milliyə təzə gəlmişəm, oyunçularla bağlı verilən qərar isə yalnız mənə məxsusdur. Komanda Estoniya ilə oyuna yaxşı hazırlaşıb".
Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















