Icma.az
close
up
RU
Dünyanı hansı pandemiya gözləyir? Bəşəriyyət hazır olmalıdır...

Dünyanı hansı pandemiya gözləyir? Bəşəriyyət hazır olmalıdır...

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Son günlər dünyada baş verən müxtəlif hadisələr və qlobal miqyasda artan qeyri-müəyyənlik fonunda sosial şəbəkələrdə diqqətçəkən açıqlama yayılıb. Azərbaycanlı yoqa ustası Sahib Xudaverdiyev Hindistandan təcili şəkildə ayrıldığını bildirərək həmvətənlərini və digər insanları olduqları ölkələrə qayıtmağa çağırıb. O, paylaşımında dünyada COVID-19 pandemiyasından da ağır nəticələrə səbəb ola biləcək hadisələrin başlandığını iddia edib.

Xudaverdiyev narahatlığını əsaslandırarkən bir sıra ölkələrdə müşahidə olunan proseslərə, aviasiya və bank sektorunda yaşanan problemlərə, eləcə də texnoloji sistemlərdəki nasazlıqlara diqqət çəkib. Onun fikrincə, baş verənlər daha ciddi təhlükələrin xəbərçisi ola bilər. Yoqa ustasının bu çağırışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bəs dünyada həqiqətən qlobal təhlükə və ya pandemiya gözlənilirmi? Bu, yeni virus dalğası ola bilərmi? 

Mövzu ilə bağlı "AzPolitika"ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, COVID-19-dan əvvəl də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqət mərkəzində olan əsas təhlükələrdən biri qrip pandemiyası ehtimalı idi:

"Elmi proqnozlara görə, qrip virusu hər il mutasiyaya uğradığından, gələcəkdə bəşəriyyətin yeni və daha genişmiqyaslı qrip pandemiyası ilə üzləşməsi mümkündür. Lakin COVID-19-un ortaya çıxması qlobal vəziyyəti dəyişdi və dünya gözlənilən qrip pandemiyasından əvvəl başqa bir ciddi təhlükə ilə qarşılaşdı. Hazırda COVID-19 pandemiyasının qlobal fövqəladə mərhələsi başa çatsa da, koronavirus infeksiyasının yayılması tamamilə dayanmayıb. Gələcəkdə yeni qrip pandemiyasının baş verə biləcəyi ehtimalını nəzərə alsaq, bəşəriyyət bu təhlükəyə əvvəlcədən hazır olmalıdır. Bu istiqamətdə ÜST, dövlətlər və onların səhiyyə qurumları təşkilatın koordinasiyası ilə birgə fəaliyyət göstərməlidirlər".


Professor qeyd edib ki, bu məsələ hər zaman aktual olaraq qalır:

"Hazırda dünyanın ayrı-ayrı bölgələrində adenovirus, rinovirus, qrip və koronavirus infeksiyalarının lokal yayılma halları qeydə alınır. Lakin bu cür mövsümi və lokal epidemiyalar özlüyündə yeni pandemiyanın başladığı anlamına gəlmir. Bununla belə, mümkün yeni pandemiya təhlükəsi nəzərə alınmalı, epidemioloji nəzarət gücləndirilməli və səhiyyə sistemləri belə hallara qarşı hazırlıqlı olmalıdır".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri