Icma.az
close
up
RU
Hər 100 manatın 65 manatı... Yeni rəqəm açıqlandı

Hər 100 manatın 65 manatı... Yeni rəqəm açıqlandı

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov cari ilin ilk 10 ayında dövlət büdcəsinə daxilolmaların 65 faizinin məhz qeyri-neft-qaz sektorunun payına düşdüyünü bildirib.

"Yeni Sabah" xəbər verir ki, nazir qlobal ticarətdə parçalanma meyillərinin güclənməsi, təchizat zəncirlərinin yenidən formalaşması, eləcə də enerji və nəqliyyat bazarlarında baş verən dəyişikliklərin bütün ölkələr qarşısında yeni artım mənbələri yaratmağı zəruri etdiyini diqqətə çatdırıb. M.Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə gücləndirildiyini, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla aparıldığını, həmçinin əhalinin sosial rifahına xidmət edən mühüm sosial paketlərin reallaşdırıldığını vurğulayıb. O, bütün bu strateji vəzifələrin ölkənin daxili resursları hesabına, xarici borclanmaya əlavə müraciət edilmədən icra olunduğunu qeyd edib.

2026-cı il noyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatlarının 89 milyard ABŞ dollarına yaxınlaşdığını qeyd edən nazir bu göstəricinin 2018-ci illə müqayisədə təxminən iki dəfə artdığını və mövcud xarici dövlət borcunu təqribən 20 dəfə üstələdiyini bildirib. İnternetdən sifariş

 M.Cabbarov milli iqtisadiyyatın neft-qaz sektorundan asılılığının ardıcıl və sistemli şəkildə azaldığını diqqətə çatdıraraq cari ilin ilk 10 ayında ÜDM-in artımının bütövlükdə məhz qeyri-neft-qaz sektoru hesabına təmin olunduğunu bildirib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının xüsusi çəkisi isə 2021-ci ildəki 49 faizdən cari ilin ilk 10 ayında 65 faizə yüksəlib. Əlavə edilib ki, qeyri-neft gəlirləri 2021-ci ildə 17,9 milyard manat təşkil etdiyi halda, 2026-cı ilin təsdiq edilmiş büdcəsində bu rəqəm 22,2 milyard manatı ötüb və həmin daxilolmaların 63 faizdən çoxu məhz bu sektordan yığılan vergilər hesabına formalaşıb.

Nazir Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışının və xaricdə qiymətli aktivlər əldə etməsinin ölkənin gəlir mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verdiyini qeyd edib. Eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsində keyfiyyət dəyişikliklərinin baş verdiyini vurğulayan M.Cabbarov 2022-ci ildən etibarən dövlət müəssisələrində holdinq idarəetmə modelinə keçid və qabaqcıl korporativ idarəetmə standartlarının tətbiqi istiqamətində ardıcıl islahatların aparıldığını diqqətə çatdırıb.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri