Icma.az
close
up
RU
Fərqi yoxdur, pişik ağdır, ya qara... Çinin necə qlobal güc oldu?

Fərqi yoxdur, pişik ağdır, ya qara... Çinin necə qlobal güc oldu?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya və ABŞ arasında on illər boyunca davam edən nüfuz savaşı fonunda meydana yeni bir oyunçu qoşuldu - Çin. Ən azı son 20 ildə beynəlxalq münasibətlər sistemində Çinin "dinc yüksəlişi” Pekinin qlobal gücə çevrildiyinin bariz nümunəsidir. Bütün dünyada Çinin  hegemon qüvvə kimi ABŞ-ı əvəz etmək potensialını araşdırırlar. Pekinin qlobal idarəçilikdə iştirak etmək ambisiyaları Vaşinqtonun Hind-Sakit Okean regionundakı strateji niyyətinə açıq təhdid kimi dəyərləndirilir. 

Necə oldu ki, Çin qlobal güc oldu? Kommunist idarəçiliyə malik olan Çini güclü edən nədir?

Konfliktoloq Azər Hüseynov Qaynarinfo-ya açıqlamasında vurğulayıb ki, Çinin 1978-ci ildən sonra tətbiq etdiyi iqtisadi islahatlar və "açılma siyasəti" onun qlobal gücə çevrilməsində önəmli rol oynayıb. Onun fikrincə, Çin də əslində, sosialist sisteminin tərkib hissəsi idi:

"Lakin SSRİ-dən fərqli olaraq, iqtisadiyyatda iki sistemin də xüsusiyyətlərini birləşdirə bildi. Bununla da, iqtisadi yüksəlişinin ilkin addımlarını atmağı bacardı. 1978-ci ildən sonra Çin Xalq Respublikasında başlayan iqtisadi islahatlar sadəcə bir dövlətin iqtisadiyyatını canlandırmaqla qalmadı, bütün dünyanın diqqətini cəlb edən möhtəşəm bir dönüşümə çevrildi. Bu islahatların memarı olan Deng Siopin "Fərqi yoxdur, pişik ağdır, ya qara - yetər ki, siçan tutmağı bacarsın" deyərkən, əslində yeni dövrün fəlsəfəsini ortaya qoyurdu: o, ideoloji doqmalardan daha çox, əsaslı yanaşmaya üstünlük verdi. Əvvəldə islahatlar kənddən başladı. Uzun illər kollektivləşmiş təsərrüfat sistemində işləyən Çin kəndlisi artıq azad nəfəs almağa başlamışdı. "Ailə məsuliyyəti sistemi" adlanan bu yeni yanaşma ilə fermerlər torpağı icarəyə götürüb, dövlətə verdikdən sonra qalan məhsulu sərbəst sata bilirdilər. Bu, sadə, amma inqilabi addım kənd təsərrüfatında məhsuldarlığı partlayış səviyyəsində artırdı və milyonlarla insanı yoxsulluqdan çıxardı".


Ekspert hesab edir ki, böyük dönüş nöqtələrindən biri də Xüsusi İqtisadi Zonaların yaradılması oldu:

"Vergi güzəştləri, azad ticarət rejimi, çevik inzibati mühit – bunlar Çinə axın edən kapitalın əsas səbəbləri idi. Qərb texnologiyası və sərmayəsi Çinə yönəldikcə, Pekin də dünya bazarlarına daha sürətli inteqrasiya etdi. Çin idxal-ixrac qaydalarını yumşaltdı, xarici ticarətdəki qapalı rejimi tədricən aradan qaldırdı. Bu prosesin zirvəsi isə 2001-ci ildə Çinin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması oldu. Bu, sadəcə texniki bir qərar deyildi – bu, Çinin "Biz artıq qlobal oyunçuyuq” mesajı idi".

"Çinin bu cür inkişafında ABŞ-ın ilkin dövrdə maraqları var idimi" sualının cavabında Azər Hüseynov qeyd edib ki, ilk Yaponiyanın, Rusiyanın və digər bölgə ölkələrinin Çinin inkişafına münasibətini aydınlaşdırmaq lazımdır:

"Çinin 1978-ci ildən sonra başladığı iqtisadi islahatlar təkcə daxili zərurət deyil, həm də beynəlxalq maraqların nəticəsi idi. ABŞ, xüsusilə Sovet İttifaqına qarşı strateji üstünlük qazanmaq üçün Çinlə yaxınlaşmağa maraqlı idi. 1972-ci ildə başlayan bu yaxınlaşma 1978-dən sonra iqtisadi əməkdaşlığa çevrildi - ABŞ texnologiya, sərmayə və təhsil dəstəyi verdi, əvəzində ucuz əmək və yeni bazar qazandı. Çin isə bu əməkdaşlıqdan maksimum istifadə etdi, amma modeli öz maraqları çərçivəsində qurdu. Yaponiya əvvəlcə Çini dəstəklədi, lakin sonradan artan rəqabətdən narahat oldu. SSRİ isə bu islahatları şübhə ilə qarşıladı, amma daxili böhranlar səbəbilə müdaxilə edə bilmədi. Region ölkələri isə əvvəl ehtiyat etsələr də, Çinin böyüyən gücünü nəzərə alaraq iqtisadi əməkdaşlığa yönəldilər. Qısası, Çin yüksəlişini həm daxili iradəyə, həm də qlobal maraqların yaratdığı fürsətlərə borcludur. İndi isə onu irəli çəkən Qərb, həmin güclə necə rəqabət aparacağını düşünür".


"Çin bu gün xarici asılılıqdan qurtarıb müstəqil qlobal hərbi güc ola biləcəkmi" sualının cavabında konfliktoloq bildirib ki, Hindistan və Pakistan arasında son hərbi qarşıdurmada Çin silahları Qərb silahlarına üstün oldu, İran da Çinlə əlaqələri bu sahədə genişləndirir:

"Çin bu gün xarici asılılığını xeyli azaldaraq müstəqil və güclü qlobal hərbi gücə çevrilib. Onun silah sənayesi yüksək texnologiyalı pilotsuz uçuş aparatları, qabaqcıl raket sistemləri, döyüş gəmiləri və digər modern hərbi avadanlıqlar istehsal edir. Bu məhsullar dünya bazarında rəqabət qabiliyyətinə malikdir və bir çox ölkələr tərəfindən seçilir. Son zamanlarda Hindistan-Pakistan arasında baş verən hərbi qarşıdurmada Çin istehsalı olan silahların effektivliyi Qərb silahlarına nisbətən üstünlük təşkil edib. Bu, Çinin hərbi sənayesinin həm texnoloji, həm də əməliyyat baxımından inkişaf etdiyini açıq şəkildə göstərir. Eyni zamanda, İran ilə genişlənən hərbi əməkdaşlıq Pekinin Yaxın Şərqdə təsirini artırır. ABŞ və Qərb ölkələrinin İrana qarşı sanksiyalar tətbiq etdiyi bir dövrdə Çin, hərbi texnologiya tədarükü və strateji dəstək verərək bölgədəki mövqeyini gücləndirir. Bütün bunlar Çin ordusunun regional və qlobal səviyyədə önəmli oyunçu kimi mövqeyini möhkəmləndirir. Pekin innovasiya və daxili inkişaflara xüsusi önəm verərək, hərbi gücünü davamlı artırır. Çin artıq yalnız regional yox, dünya səviyyəsində strateji və texnoloji cəhətdən rəqabət aparan güc kimi qəbul edilir".


Azər Hüseynov vurğulayıb ki, Çinin yüksəlişinin arxasında Böyük Britaniyanın dayandığı və bununla da Londonuno ABŞ-ı zəiflətdiyi versiyaları da mövcuddur:

"Elə bəlkə məhz bu səbəbdən Tramp Çinə qarşı sərt siyasət yürütmək istəyir. Çinin yüksəlişi Britaniya ilə ABŞ arasındakı latent ziddiyyətlər kontekstində maraqlı şəkildə dəyərləndirilə bilər. Tarixi müttəfiqlər olan bu iki güc arasında qlobal liderlik və iqtisadi maraqlar baxımından fərqliliklər mövcuddur. ABŞ qlobal hegemonluğunu sərt güc və texnoloji üstünlük üzərində qurarkən, Britaniya daha çox yumşaq güc və diplomatiya vasitəsilə təsir göstərməyə üstünlük verir. İqtisadi baxımdan isə Britaniya Çinlə geniş ticarət və investisiya əlaqələri quraraq maraqlarını qorumağa çalışır, ABŞ isə Çini strateji rəqib kimi görərək sərt rəqabət siyasəti yürüdür. Bu fərqliliklərə görə, Britaniya Çinlə iqtisadi əməkdaşlıq vasitəsilə dolayısı ilə Çinin yüksəlişini dəstəkləyir. ABŞ isə, xüsusilə Tramp Çinin qlobal təsirinin artmasını hegemonluğa təhdid hesab edərək sərt mövqe sərgiləyir. Beləliklə, Çin həm Britaniya, həm də ABŞ arasında strateji balans nöqtəsi kimi çıxış edir. Britaniya ilə ABŞ arasında latent ziddiyyətlər Çinin yüksəlişini dolayısı ilə təsir edir və bu prosesdə Britaniyanın məqsədi öz maraqlarını qorumaqdır. ABŞ-ın sərt siyasəti isə əsasən qlobal liderliyini saxlamaq istəyi ilə bağlıdır".


Ekspert hesab edir ki, bütün bu qlobal proseslər fonunda Azərbaycanın Çinlə əlaqələrinin güclənməsi, viza rejiminin ləğv edilməsi ayrı təhlil edilməlidir:

"Bütün bu qlobal proseslər fonunda Azərbaycanın Çinlə əlaqələrinin güclənməsi və viza rejiminin ləğv edilməsi strateji və iqtisadi baxımdan mühüm addımdır. Çin qlobal iqtisadi və hərbi güc kimi yüksələrkən, onunla əlaqələrin genişləndirilməsi Azərbaycan üçün regionda mövqeyini gücləndirmək və yeni imkanlar yaratmaq baxımından əhəmiyyətlidir. Viza rejiminin ləğvi insanlar, işgüzar dairələr və mədəni əlaqələrin asanlaşmasına şərait yaradır, bu da ticarət, investisiya və turizm sahələrində əməkdaşlığın dərinləşməsinə imkan verir. Eyni zamanda, Çinlə münasibətlərin inkişafı Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən infrastruktur, texnologiya və enerji sektorlarında əməkdaşlıq potensialını artırır. Qlobal geosiyasi rəqabətin getdikcə artdığı bir dönəmdə Çinlə balanslı və inkişaf edən münasibətlər Azərbaycan üçün strateji diversifikasiya siyasətinin tərkib hissəsidir. Bu, ölkənin həm Qərb, həm Rusiya, həm də Çin kimi böyük qütblərlə münasibətlərini optimallaşdıraraq regional və qlobal səviyyədə mövqeyini möhkəmləndirməyə xidmət edir. Azərbaycan Çinlə əməkdaşlıq sayəsində iqtisadi inkişafını sürətləndirə, beynəlxalq əlaqələrini genişləndirə və geosiyasi riskləri balanslaşdıra bilər".

Siyasət şöbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see362

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see358

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see339

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see338

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see336

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see310

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see308

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see299

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see294

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see294

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see289

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see285

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see277

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see254

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see231

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see229

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see201

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri