Festival çərçivəsində Nurəngiz Günün və Gülsaira Möminovanın xatirəsinə həsr olunmuş poeziya paneli keçirilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 25 may, AZƏRTAC
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Nurəngiz Günün və Gülsaira Möminovanın əziz xatirəsinə həsr olunmuş “Gül dəftəri” adlı poeziya paneli keçirilib. Panelə şair Naringül Nadir moderatorluq edib.
AZƏRTAC xəbər verir ki, paneldə müasir Azərbaycan poeziyasının nümayəndələrindən Gülnarə Cəmaləddin, Gülşən Behbud, Aysel Xanlarqızı, Aypara Ayxan, Arzu Murad və Ülviyyə Niyazqızı çıxış ediblər. Onlar həm öz poetik nümunələrini, həm də Nurəngiz Günün qələmə aldığı şeirləri səsləndiriblər.
Nurəngiz Günün qızı, Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin təşkil olunmasında əməyi keçənlərə təşəkkürünü bildirib. O, eyni zamanda, sözügedən festivalın təkcə kitabın və ədəbiyyatın deyil, həm də Türk dünyasının ortaq ruhunun, söz birliyinin bayramı olduğunu diqqətə çatdırıb.
J. Əliyeva qeyd edib ki, belə tədbirlər gənc nəsildə sözə, ədəbiyyata və mədəni köklərimizə maraq oyadır.
Ədəbi diskursun poeziya üzərindən aparılması tədbir iştirakçılarına dərin hisslər yaşadıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 May 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















