Icma.az
close
up
RU
Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA nın Tədbirlər planı təsdiqlənib

Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA nın Tədbirlər planı təsdiqlənib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 17 sentyabr tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi barədə olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamın icrası ilə əlaqədar olaraq Rəyasət Heyəti tərəfindən sentyabrın 29-da qərar qəbul edilib və AMEA-nın müvafiq elmi bölmələrinə, müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması üçün təkliflərin hazırlanaraq AMEA-nın İctimai Elmlər Bölməsinə təqdim edilməsi tapşırılıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsi hazırlanaraq Rəyasət Heyətinə təqdim olunub.

Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlər planını təqdim edib. Bildirib ki, Tədbirlər planında “Fətəli xan Xoyski: Azərbaycanın milli dövlətçilik tarixində fenomenal şəxsiyyət”, “Azərbaycanın istiqlal mücahidi”, “Fətəli xan Xoyskinin həyatı və ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan ədəbiyyatında Fətəli xan Xoyskinin bədii obrazı”, “Azərbaycan milli dövlətçilik tarixində Fətəli xan Xoyski irsi - ədalətin, vətənpərvərliyin və istiqlalın təcəssümü”, “Cümhuriyyət qurucularından biri: Fətəli xan Xoyskinin həyat və fəaliyyəti” mövzusunda seminar, konfrans və s. tədbirlərin keçirilməsi, “Fətəli xan Xoyski” monoqrafiyasının və digər kitabların nəşr edilməsi nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planını təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri