Icma.az
close
up
RU
Fevralda havanın temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub

Fevralda havanın temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ilin fevral ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–15 dərəcə), 3 gün normadan aşağı (0–4 dərəcə), 1 gün isə norma daxilində olub.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, orta aylıq temperatur 8 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yuxarıdır: "Bakı və Abşeron yarımadasında fevral ayında maksimal temperatur fevralın 14-də 26 dərəcə isti, bölgələrdə isə (Beyləqan, Kürdəmir) fevralın 18-də 27 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında fevralın 5-də 1 dərəcə şaxta (Bakı), yüksək dağlıq ərazilərdə isə həmin gün 14 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb".

Rəis qeyd edib ki, fevral ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb: "Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 24 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 125 faizi olmaqla Lənkəran–Astara zonasına (Astara – 119 mm) və aylıq normanın 303 faizi olmaqla Qarabağ zonasına (Tərtər – 62 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahbuzda 54 sm olub".

N.Mahmudov bildirib ki, fevral ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Mart 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri