Icma.az
close
up
RU
Fevralın 4 də Beynəlxalq İnsan Qardaşlığı Günü qeyd olunur

Fevralın 4 də Beynəlxalq İnsan Qardaşlığı Günü qeyd olunur

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 fevral, AZƏRTAC

2020-ci il fevralın 4-də BMT-nin rəsmi əlamətdar günləri siyahısına daxil edilmiş Beynəlxalq İnsan Qardaşlığı Günü bütün dünyada geniş şəkildə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün 2019-cu il fevralın 4-də Roma Papası Fransisk və Əl-Əzhər Böyük İmamı Şeyx Əhməd Əl-Tayibin Əbu-Dabidə imzaladıqları “Dünyada Sülh və Birgəyaşayış naminə Bəşəriyyətin Qardaşlığı” Bəyannaməsinin ildönümünə həsr olunub. 2020-ci il dekabrın 21-də BMT Baş Assambleyası Birləşmiş Ərəb Əmirlikləri və Misirin birgə təşəbbüsü ilə 4 fevral tarixini Beynəlxalq İnsan Qardaşlığı Günü elan edib.

Əbu-Dabidə keçirilən görüşün məqsədi dünya dinləri arasında dialoqu inkişaf etdirmək, dinlərarası ziddiyyətləri aradan qaldırmaq, bu zəmində düşmənçiliyin katalizatora çevrildiyi, barışmazlığa və acılığa səbəb olduğu dinlərarası çəkişmə və münaqişələrin qarşısının alınması yollarını müzakirə etmək idi. Dini liderlər öz sənədlərində vurğulayıblar ki, əsl iman həm insan ailəsinin daxilində, həm də xaricində harmoniyanı təşviq edir, habelə düşmənçiliyə, nifrətə və xüsusən də zorakılığa səbəb olmaqdansa, yaxınlaşmaya gətirib çıxarır.

Yeni əlamətdar günü təsis edən BMT Baş Assambleyası bütün üzv dövlətləri, eləcə də qlobal birliyi, dini liderləri, dini icmaların üzvlərini və müxtəlif dinlərin nümayəndələrini əsl iman təlimlərini - tolerantlığı, sevgini, şəfqəti və qarşılıqlı yardımı xatırlamağa çağırıb. BMT-nin qənaətinə görə, bunlar olmadan, heç bir gələcək qurula bilməz. Dinlərarası və mədəniyyətlərarası dialoqa əsaslanan insan qardaşlığı prinsipləri bəşəriyyətin davamlı inkişafına töhfə verir, düşmənçilik, münaqişələr və müharibələr isə bu prosesə mane olur.

BMT vurğulayır: “Tolerantlıq, plüralizm, qarşılıqlı hörmət, dinlərin və inancların müxtəlifliyi insan qardaşlığını inkişaf etdirir. Buna görə də sülhü və sosial sabitliyi, müxtəlifliyə qarşılıqlı hörməti gücləndirmək, qlobal, regional, milli və yerli səviyyələrdə sülhə və anlaşmaya əlverişli bir atmosfer yaratmaq üçün dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etmək lazımdır”.

Təşkilat, həmçinin fevralın ilk həftəsində bütün dinləri, inancları və etiqadları əhatə edən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi keçirir. Yalnız beynəlxalq səviyyədə əldə edilən insan qardaşlığı prinsipləri bəşəriyyətə qlobal sosial, iqtisadi, siyasi və mədəni çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər. BMT Baş Assambleyası vurğuladığı kimi, sülh sadəcə müharibənin olmaması deyil, qarşılıqlı əlaqə və münasibətlərin qurulması, dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma yolu ilə ziddiyyətlərin aradan qaldırılması yolu ilə inkişaf prosesidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri