“Fəvvarələr meydanı”nda sərxoş halda skuter sürən şəxs həbs edildi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının mərkəzində sərxoş halda skuter sürərək ictimai asayişi pozan gənc məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nizami küçəsinin “Fəvvarələr meydanı”ndan keçən hissəsində qeydə alınıb.
Polis əməkdaşları səhər saat 06 radələrində bir neçə nəfərin meydanda qışqıraraq danışdığını görüb və onlara yaxınlaşıb. Həmin şəxslərə qeyd edilən saatda səs-küy salmağın yolverilməz olduğu, həmçinin bu ərazinin skuter sürmək üçün təyin edilmədiyi deyilib.
Lakin həmin şəxslərdən 2000-ci il təvəllüdlü S.Balayev mübahisə edərək əməllərinə davam etməyə başlayıb. O, saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb və sərxoş halda olması müəyyən edilib.
Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlana rayon məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs verilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















