Icma.az
close
up
RU
Bu turşulardan problem yaransa, şikayət edəcək bir qurum yoxdur Ekspert DANIŞDI

Bu turşulardan problem yaransa, şikayət edəcək bir qurum yoxdur Ekspert DANIŞDI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Turşu məhsullarının açıq qablarda satılması məsələsi gündəmdə olan mövzulardan biridir. Bazarlarda turşuların açıq şəkildə, antisanitar şəraitdə satılması halları tez-tez müşahidə olunur və burada gigiyenik standartlardan danışmaq mümkün deyil. Açıq satışda olan turşuların keyfiyyətinə dair də şübhələr yaranır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bazarlarda açıq şəkildə satılan turşulardan danışarkən bildirdi.

"Hazırlanan turşular risk qrupuna aid məhsullardandır. Tərkibindəki tərəvəzlər düzgün yuyulmadıqda, istifadə olunan qablar qida üçün nəzərdə tutulmamışsa ciddi təhlükə yaranır. Təəssüf ki, bəzən turşular müxtəlif tikinti materiallarının daşınmasında istifadə olunan qablarda hazırlanır ki, bu da sağlamlıq üçün ciddi riskdir. Digər mühüm məsələ turşulardan zəhərlənmədir. Bildiyimiz kimi, botulizm turşudan zəhərlənmə oksigensiz mühitdə inkişaf edir", - deyə o, qeyd etdi.

Mütəxəssis əlavə etdi ki, botulizm ciddi bir xəstəlikdir və bəzi hallarda ölümlə nəticələnə bilər. Buna görə müsahibimiz istehlakçılara bəzi tövsiyələr etdi:

"Yalnız nəzarətdən keçmiş, baytarlıq sertifikatı olan və markalanmış məhsullardan istifadə edin. Markalanmış məhsul Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin laboratoriya sınaqlarından keçmiş olur və lazım gəldikdə istehlakçının müraciət edə biləcəyi konkret ünvan mövcud olur.

Bu gün bazarlarda və küçələrdə satılan, açıq havada antisanitar şəraitdə təqdim olunan turşulardan hər hansı problem yaransa, şikayət edəcək konkret bir qurum olmur. Çünki bu məhsulları satan şəxslər bir gün bu marketin, sabah digər bir yerin qarşısında, sonrakı gün isə başqa bir bazarın qarşısında satış edir və sonra izsiz yoxa çıxır. Buna görə də, hər bir məhsulun üzərində mütləq markalanma olmalıdır", - deyə İlkin Şirinov vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Yanvar 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri