Icma.az
close
up
RU
Fəzayıl Sadıqov: Özəl reabilitasiya mərkəzlərinin lisenziyası olmalıdır

Fəzayıl Sadıqov: Özəl reabilitasiya mərkəzlərinin lisenziyası olmalıdır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 oktyabr, Günel Türksoy, AZƏRTAC

Özəl reabilitasiya mərkəzlərinin fəaliyyəti qanunlarla tənzimlənməlidir. Onların fəaliyyətində böyük qüsurlar, çatışmazlıqlar var.

Bunu AZƏRTAC-a müsahibəsində Respublika Narkoloji Mərkəzinin baş direktoru, psixiatr narkoloq Fəzayıl Sadıqov deyib.

“Mən tutaq ki, narkomanam, pulum da var, həmin müəssisəyə gedirəm və deyirəm ki, reablitasiya olunmaq istəyirəm. Kimdir onları müayinə edən? Heç kim. Həmin müəssisələrdə tibbə aid olmayan şəxslər fəaliyyət göstərirlər. Deyirlər ki, Amerika Birləmiş Ştatlarında tətbiq edilmiş “12 addım” proqramından istifadə edirlər. Biz Amerika təcrübəsini götürürük, amma mühitlərimiz başqadır. Bir narkoman gəldi reabilitasiya mərkəzinə və birinci sutkada onda absistensiya, yəni “lomka”lar başladı. Sual edirəm, bu zaman həmin mərkəzlərin əməkdaşları xəstəyə nə edirlər? Mənim sualım kifayət qədər bəsitdir. Bilirsiniz, nə edirlər? Birinin başını soyuq suya salırlar, o birinin əlini-ayağını bağlayırlar. Bunlar orta əsrlərdə tətbiq edilən metodlardır. Reablitasya mərkəzinə gedən xəstə həkim müayinəsindən keçməlidir. Oraya gedən xəstənin abstitensiyası olmamalıdır. Ən azı insan 25 gün narkotik istifadə etməməlidir, kritik vəziyyətdən çıxmalıdır. Bu zaman reablitasiyanın zərəri olmur. Çünki xəstələr var ki, illərlə cəmiyyətdə yaşaya bilmirlər. Cəmiyyətə düşən kimi peredoza gedir. Ona görə də bağlı yerdə yaşamaq istəyirlər. Reklam edirlər ki, xəstə gəldi, 6 aydan sonra sağaldı. Necə olur? O zaman Maradona birinci sağalardı, başqa məşhur müğənnilər də sağalardı. Bu metodları onlara da öyrədin, o zaman. Gəlin, Ümumdünya Səhiyyə Təşkilatına müraciət edək ki, biz Bakıda yeni metodlar tapmışıq, siz də istifadə edin. Düzünü danışmaq lazımdır, tibbdə heç nəyə zəmanət yoxdur. Adi əməliyyatda belə ağırlaşmalar ola bilər. Ən pisi də odur ki, insanlara yalançı ümid verdikdən sonra daha da ümidsizliyə düçar olurlar. Ancaq istənilən halda orada qaldıqları müddətdə xəstələr narkotikdən istifadə etmirlərsə, bu müsbət haldır”, - deyə o vurğulayıb.

Baş direktor deyib ki, özəl reabilitasiya mərkəzlərinin lisenziyası olmalıdır: “Narkotik istifadəçisi deyə bilər ki, sağalıb. Reabilitasiya mərkəzinin özü narkomaniyadan əziyyət çəkənlər üçün narkotik qəbul etmək üçün münbit bir yerdir. Çünki dövlət müəssisəsi olmadığı üçün oraya nəzarət yoxdur. İkincisi, xəstələrin qəbul qaydası aydın şəkildə həyata keçirilməlidir. Kimsə gəlib, birbaşa deyə bilər ki, reabilitasiya olunmaq istəyir, orada isə tibb mütəxəssisləri yoxdur. Bəlkə, həmin insan vərəm, HİV daşıyıcısıdır? Respublika Narkoloji Mərkəzinə müraciət edən hər xəstə ilkin müayinədən keçir. Xəstə rentgen edilir və məlum olur ki, açıq formada vərəmdir. Həmin xəstəni mərkəzə qəbul etmirik. Tibbi müayinə mütləq olmalıdır. Üçüncü təklifim odur ki, oraya gedən xəstələr göndərişlə getsinlər. Onların hamısında tibbi müayinələr üçün şərait yoxdur. Olmayacaq da. Çünki olarsa, bu özəl tibbi reablitasiya şəklində fəaliyyət göstərməlidir. Özəl tibb müəssisələri var və orada müayinələr üçün hər şərait mövcuddur. Reabilitasiya mərkəzlərində dərmandan istifadə minimuma enir, çünki orada çalışanlar həkim deyillər. Eşitdiklərimə görə, həmin mərkəzlərdə reablitasiya keçən xəstələrə qeyri-rəsmi şəkildə dərman da verirlər. Həmin dərmanları “qara bazar”dan əldə edirlər. Bunların hamısı qadağandır. Biz bir xəstəyə dərman yazmaq üçün elektron resept vasitəsilə xeyli prosedurlardan keçirik”.

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru, psixiatr narkoloq Fəzayıl Sadıqovun AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri