Icma.az
close
up
RU
FHN 20: yubiley medalı kimlərə veriləcək?

FHN 20: yubiley medalı kimlərə veriləcək?

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev bir neçə gün öncə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyinin tamam olması münasibəti ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman imzalayıb.

Yubiley medalı bürüncdən tökülmüş, diametri 38 mm olan qızılı rəngli səkkizguşəli ulduz formalı metal lövhədən ibarətdir. Səkkizguşəli ulduzun ön tərəfi qızılı rəngdə relyeflə haşiyələnib, içi ağ rəngdədir. Ulduzun xarici guşələri arasındakı bucaqlarda qızılı rəngdə şüalar yerləşdirilib. Mərkəzdə qırmızı fonda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəsmi emblemindən ibarət kompozisiya təsvir olunub.

Kompozisiyanın yuxarı hissəsində qövs boyunca qara rəngdə basma üsulu ilə “Azərbaycan Respublıkasının Fövqəladə Hallar Nazirliyi” sözləri qızılı rəngdə dekorativ lentin üzərində yazılıb. Kompozisiyanın aşağı hissəsində Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun dekorativ lentin təsviri verilib. Dekorativ lentin üzərində sol tərəfdə alt-alta qızılı rəngdə “2005” və “2025” rəqəmləri, sağ tərəfdə isə qızılı rəngdə dəfnə budağının üstündə içi ağ rəngdə olan “20 İL” sözləri yazılıb. Bütün yazılar, rəqəmlər və elementlər relyeflidir.

Medalın arxa tərəfi hamar səthlidir. Yuxarı hissəsində medalın seriyası və nömrəsi həkk olunub. Arxa tərəfin mərkəzində “Azərbaycan Respublıkasının Fövqəladə Hallar Nazirliynin 20 illiyi” sözləri və həmin sözlərin altında “(2005–2025)” rəqəmləri həkk olunub. Arxa tərəfin aşağı hissəsində milli ornament təsvir olunub. Bütün yazılar, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.

Medal paltara bərkidilmək üçün elementi olan, üst hissəsi 40 mm x 4 mm, alt hissəsi 40 mm x 6,5 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Alt hissədə olan qızılı rəngli metal lövhənin üzərində milli ornament həkk olunub. Xara lent mərkəzdə eni 3 mm olan sarı, mərkəzdən kənarlara doğru isə ardıcıllıqla eni 2 mm olan qırmızı, 3 mm olan göy, 10 mm olan qırmızı və 2 mm olan sarı rəngli şaquli zolaqlara bölünüb. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

Yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər. Mükafatlandırılacaq şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təltif edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.

Fövqəladə Hallar Nazirliyi 20 il ərzində tam formalaşıb və bu gün Azərbaycandakı ən güclü strukturlardan biridir. Ümumiyyətlə, fövqəladə hallarla mübarizə yalnız operativ yardım deyil, həm də cəmiyyətdə milli təhlükəsizlik məsələsidir. Prezidentin bu sahəyə xüsusi diqqət ayırması, onu strateji sahə kimi qəbul etməsi deməkdir. Çünki bir ölkənin inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, vətəndaşların təhlükəsizliyi və həyat səviyyəsi ilə də ölçülür. Fövqaladə hallarda müraciət ediləcək biri qurumun olması panik anında insanı rahatladan ən vacib amildir. İnsanlar bilirlər ki, təhlükə zamanı onları qoruyan strukturlar var və başına bir hadisə gələrsə xilas edənlər olacaq.

Fövqəladə Hallar Nazirliyinin yubiley medalının təsis edilməsi sadəcə simvolik deyil, strateji, siyasi və sosial məna daşıyan addımdır. Bu qərar həm dövlət idarəçiliyinin dərinliyini, həm də insan amilinə verdiyi önəmi ortaya qoyur. Belə təşəbbüslər Azərbaycan cəmiyyətində həmrəyliyin, təhlükəsizliyin və xidmətə dəyərin rəmzidir.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 May 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri