FHN dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
AZXEBER.COM xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə ölkənin bəzi ərazilərində intensiv yağış yağacağı, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.
FHN sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə vəziyyətlə qarşılaşdıqda isə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmağı tövsiyə edir.
Nazirlik ildırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmağı, telefonla danışmamağı, açıq havada elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanmamağı məsləhət görür. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırıb təhlükə keçənədək gözləmələri tövsiyə olunur.
Güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altından uzaq durmaq tövsiyə edilir.
FHN, həmçinin küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, güclü külək zamanı dənizə girmək təhlükəlidir, kiçikhəcmli gəmi istifadəçilərinin isə belə hava şəraitində dənizə çıxması qadağandır.
Nazirlik xatırladıb ki, təhlükəli vəziyyətlə qarşılaşdıqda dərhal 112 qaynar xəttinə müraciət edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 İyul 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















