Icma.az
close
up
RU
FHN ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir ÖZBAŞINA QALIBLAR...

FHN ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir ÖZBAŞINA QALIBLAR...

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu satınalmaların portalında 22.05.2025-ci ildə dərc etdiyi satınalmaların nəticələrinə dair bildirişdə Qarabağ regional müayinə-sınaq laboratoriya binasının təmiri işlərinin satınalınmasına yekun vurulması və “FİM GROUP” MMC ilə 524.821,54 manat məbləğində müqavilənin mzalanması nəzərdə tutduğunu elan edib. Bildirişdə həmçinin qeyd edilir ki, gözləmə müddəti 28 may 2025-ci il iş gününün sonu bitir. Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.

Qeyd edək ki, gözləmə müddəti 28 may 2025-ci ildə bitmiş satınalma üzrə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə “FİM GROUP” MMC arasında bağlanmış müqavilə barədə satınalmaların portalında hələ məlumat yoxdu.

Aktualinfo.org-un açıq internet axtarış sistemləri üzərindən apardığı araşdırmada məlum oldu ki, “FİM GROUP” MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 25.07.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 20.00 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev ev 4, mən-20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədzadə Fuad Əlisoltan oğludur.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığəmız araşdırmada məlum oldu ki, “FİM GROUP” MMC tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. O, da məlum oldu ki, nədənsə ancaq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti və sözügedən nazirliyin Əsaslı Tikinti İdarəsi tərəfindən keçirilmiş satınalmaların qalibi olub.

Qeyd edək ki, “FİM GROUP” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlarla işbirliyinə 2023-cü ildən başlayıb. Belə ki, MMC 09.10.2023-cü ildən 30.01.2025-ci ilə qədər Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilmiş ümumi dəyəri 12 373 020 manat olan 7 açıq tenderin qalibi olub. Bu müddət ərzində Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin MMC-yə verdiyi son dövlət sifarişlərinin bir neçəsinə diqqət yetirək.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Nərimanov rayonunda yerləşən 1 nömrəli Xüsusi Təyinatlı, Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Astara və Lənkəran şəhərlərində yerləşən Yanğından Mühafizə hissə və bölmələrində, Dövlət Yanğın Nəzarəti Xidmətinin inzibati binasının 4-cü və 5-ci mərtəbələrində əsaslı təmir işləri üzrə 1.601.612,21 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 4 çıxışlı yanğınsöndürmə deposunun tikintisi işləri üzrə 2.958.050,64 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 107 saylı Yanğından Mühafizə Bölməsinin yanğınsöndürmə depo binasının tikintisi (I mərhələ) üzrə 689.460,88 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə rayonunun Talış kəndində 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin tikintisi üzrə 2.439.616,19 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.

Göründüyü kimi Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsi ilə “FİM GROUP” MMC arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar çoxdur. Belə ki, satınalmanın keçirilməsi zamanı qiymətlərin süni şəkildə şişirdildiyinə yol verilib.

Gəlin indi son illərin Azərbaycanda tikinti materiallarının qiymətinə nəzər salaq. 2024-cü ilin noyabrında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun mətbuata açıqlamasında bildirilir ki, oktyabr ayında Azərbaycanda tikinti materiallarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 %, ilin əvvəli ilə müqayisədə isə 3,9 % ucuzlaşıb. O qeyd edib ki, bu il (yəni, ötən il-red ) ölkədə inşaat materialları bazarında qiymətlər 2021-2022-ci illərə nisbətən aşağı olub.

2024-cü ilin mart ayında daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə də mediaya açıqlamasında bildirir ki, “Mart ayında tikinti materialları bazarında elə də ciddi bahalaşma olmayıb və əvvəlki aylarda olduğu kimi, təklif çox olmadığı üçün stabillik olub”.

Göründüyü kimi Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar son bir il bir neçə ay ərzində “FİM GROUP” MMC ilə təxmini hesablamalarımıza görə ümumi dəyəri 12 373 020 manat olan 7 satınalma müqaviləsi bağlayıb. Qeyd etdiyimiz kimi maraqlı odur ki, “FİM GROUP” MMC Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlardan başqa heç bir dövlət orqanlarının tenderlərində qalib olmayıb.

Satınalmaların portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi MMC dövlət siofarişlərini ayrı-ayrı rayonlarda həyata keçirməli olub. Ümumiyyətlə görəsən bu şirkətin maddi texniki bazası, işçi qüvvəsi varmı və MMC qalibi olduğu dövlət sifarişlərini əmək müqaviləsi bağladığı işçiləri ilə deyil, yerlərdə günəmuzd çalışan fəhlələrin hesabına gördürür. Ayda 600-700 manat əmək haqqı cədvəli tərtib edib, əslində isə gönə 10-15 manat ödəməklə.

Qeyd edək ki, bu təzadlar FHN Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun Qarabağ regional müayinə-sınaq laboratoriya binasının təmiri işləri üzrə “FİM GROUP” MMC ilə bağlamaq istədiyi müqavilədə də özünü açıq-aşkar göstərməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri