FHN III MDB Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejimində xidməti davam etdirir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 4 oktyabr, AZƏRTAC
III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi müvafiq məkanlarda sularda təhlükəsizlik və mümkün xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmət tərəfindən Kür çayının Mingəçevir şəhəri sahilinə düşən hissəsində keçirilən avarçəkmə yarışlarının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, o cümlədən xilasedici qayıqlarla xidmət aparılır.
Bundan əlavə, kiçikhəcmli gəmilərin dayanacağı üçün baza, qurğu və yanalma körpülərindən təhlükəsiz istifadə ilə bağlı Xidmətin mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinqlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















