FHN in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib.
FHN-dən APA-ya verilən xəbərə görə, Sabunçu rayonundakı Balaxanı qəsəbəsi 22 nömrəli şəhər poliklinikasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi, Nizami və Suraxanı rayonlarının hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinin idarə olunması” mövzusunda xəbərdarlıq və toplanış məşqi, Xətai rayon Sukanal İdarəsinin rəhbər heyəti ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” üzrə rəhbər heyətin mülki müdafiə məşqi, eləcə də Xəzər rayonunun ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqləri keçirilib.
Məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşqlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 30 Sentyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















