Icma.az
close
up
RU
FHN in idmanda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib

FHN in idmanda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

19-23 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Kazan şəhərində Beynəlxalq Kəmər Güləşi Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında kəmər güləşi üzrə dünya çempionatı keçirilib.

Modern.az xəbər verir ki, çempionatda 40 ölkədən 560 idmançı öz qüvvəsini sınayıb. Turnirdə iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qadın əməkdaşı leytenant Gözəl Zutova yüksək nəticə əldə edib. Belə ki o, 65+ kq çəki dərəcəsində 5 görüş keçirərək çempionatın gümüş medalına layiq görülüb.

Qalibə Beynəlxalq Kəmər Güləşi Federasiyasının təsis etdiyi medal, diplom və kubok təqdim edilib. Gözəl Zutova ölkəmizi Saudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək 6-cı İslam Həmrəylik oyunlarında təmsil edəcək.

4-6 iyul 2025-ci il tarixlərində “Sərhədçi” Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate Federasiyasının dəstəyi və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbəmizə həsr olunmuş karate üzrə uşaq, yeniyetmə və gənclər arasında “Zəfər kuboku” turniri keçirilib.

Turnirdə müxtəlif klub və idman cəmiyyətlərindən 40-a yaxın komandanın 800-ə yaxın idmançısı müxtəlif yaş kateqoriyalarında və çəki dərəcələrində kata və kumite yarışlarında mübarizə aparıblar. FHN-in uşaq, yeniyetmə və gənclərdən ibarət karate komandası Nazirliyin İdman-sağlamlıq klubunun karate üzrə məşqçi-müəllimləri Coşqun Sadıqov, Murad Hacızadə, Rafael Məmmədov, Akif Kərimov, Anar Gülmalıyev, Anar Əhmədov və Xəyal Məmmədovun rəhbərliyi altında yarışlara qatılaraq yüksək nəticələr əldə edib. Komandanın üzvləri ümumilikdə 10 qızıl, 5 gümüş və 12 bürünc medal qazanıb. FHN-in komandası medal sayına görə 2-ci yerə layiq görülüb.

Qaliblərə Azərbaycan Karate Federasiyasının təsis etdiyi medal, diplom və kubok təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev kəmər güləşi üzrə dünya çempionatının gümüş mükafatçısı və karate turnirində uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri