Icma.az
close
up
RU
FHN nin növbə rəisinin köməkçisinə qarşı 10 min manatlıq dələduzluq

FHN nin növbə rəisinin köməkçisinə qarşı 10 min manatlıq dələduzluq

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyində (FHN) növbə rəisinin köməkçisi vəzifəsində işləyən şəxs dələduzluğa məruz qalıb. 
Yenicag.az-ın məlumatına görə, Mehdi adlı həmin şəxsə 10 000 manat ziyan vurulub.
Rəis köməkçisinin İbrahim adlı tanışı ona 10 000 manata “Toyota Prius” markalı minik avtomobili satacağını deyib. Lakin pulu aldıqdan sonra vədinə əməl etməyib. Bundan başqa, İbrahim Mehdinin Mirmehdi adlı qohumuna da eyni qaydada 11 000 manat ziyan vurub.
Hər iki şəxs məsələ ilə bağlı polisə müraciət edib. İbrahim şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində aparılıb. Məhkəmədə İbrahim verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, maşın icarəsi ilə məşğuldur. Mehdi ona avtomobilini icarəyə verib. 3 il müddətində o, Mehdiyə 16 500 manat pul ödəyib. Sonradan Mehdi həmin avtomobillə qəza törədib. Qəzaya görə sığorta şirkətindən 17 100 manat alsa da, avtomobilin təmirinə sərf etməyib. Əksinə, ondan maşına görə pul tələb edib.
İbrahim digər ittihamları da rədd edib. Lakin zərərçəkmişlərin ifadəsi İbrahimin dediklərinin tam əksinə olub.
Məhkəmənin hökmü ilə İbrahim 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət  azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq  2  il 11  ay 26  gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri