FHN rəsmisi: Yanğın baş verən əraziyə yaxın yaşayış binalarından sakinlər təxliyə edilib
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Nəsimi rayonunda, Nizami küçəsində anbarda baş verən yanğına yaxın ərazidə yerləşən çoxmənzilli yaşayış binasında olan insanlar təxliyə edilib.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev deyib.
Onun sözlərinə görə, yanğında xəsarət alan yoxdur:
"Hazırda yanğın məhdudlaşdırılıb. Söndürülməsi istiqamətində isə işlər gedir. Ümumi sahəsi 2400 kv metr olan obyektin açıq alovla yanan hissəsi 360 kv metr olub. Yanğında xəsarət alan yoxdur. Anbardakı malların böyük hissəsi yanğında məhv olsa da, bir hissəsi də yanğından mühafizə olunub".
Qeyd edək ki, Bakıda, Nizami küçəsində anbarda səhər saatlarında güclü yanğın baş verib. Hadisə yerində FHN-nin 14 avtomobili və 61 nəfər şəxsi heyəti cəlb edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















