Icma.az
close
up
RU
FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub 16 mərtəbəli binada böyük cinayət

FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub 16 mərtəbəli binada böyük cinayət

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron rayonu, Xırdalan şəhərində böyük bir tikinti cinayətinin üstü açılıb. Xırdalanda "Cahan" mərasim evi ilə üzbəüz 16 mərtəbəli yeni tikilən binanın mərtəbələri arasında betonun ovulub töküldüyü, keyfiyyətsiz olduğu üzə çıxıb.

Hurriyyet.az bildirir ki, bu barədə video süjet hazırlanıb, sosial mediada geniş təqdim olunub. Kadrda danışan şəxs əli ilə betonu yoxlayır və videodan da görünür ki, ovulub tökülür. Yəni buna beton da demək olmaz. Bu isə nəinki tikintiyə nəzarətsizlikdir, ümumiyyətlə, böyük bir təhlükənin, faciənin təməlinin qoyulmasıdır. Və həmin binanın 16 mərtəbəsində yaşayacaq sakinlərin hər an ölümlə üz-üzə qalması deməkdir. Üstəlik, hər mərtəbə bu vəziyyətdədir. Yəni "beton" qaşınıb tökülür. Sanki beton deyil, palçıq vurulub və insanların həyatı heçə sayılıb. 

Təbii ki, binanı tikən iş adamı birbaşa məsuliyyət daşıyır. Lakin bu məsələdə Fövqəladə Hallar Nazirliyi, onun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ikiqat cavabdeh tərəfdir. Çünki binanın hər mərtəbəsinin tikilməsi, keyfiyyəti, betonu işlənməsinə nəzarət edilir, yoxlanılır, rəy verilir, sonra inşa işləri aparılır. FHN-nin hər mərtəbə ilə bağlı rəyi olmasa, heç bir tikinti şirkəti iş görə bilməz. O zaman belə çıxır ki, FHN ya bu bina ilə maraqlanmayıb, ya da başdansovdu edib, ümumi rəy verərək iş adamı ilə birlikdə eyni səhlənkarlığa şərik olub. Əks təqdirdə, belə bir özbaşınalıq mümkün deyildi. Görünür ki, FHN bina tikən tərəflə necə razılaşıbsa, ortaya bu rüsvayçılıq, tikinti cinayəti çıxıb. Bəs FHN-nin tabeliyində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov hara baxıb?

Ölkəmizin çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Bunu da FHN və agentlik bilmir? Betonu əllə ovulub tökülən binada gedən işlərə necə nəzarət olunub ki, bu vəziyyət yaranıb? Bu bina potensial ölüm mənbəyidir. Yəni nəinki zəlzələ, güclü bir külək də böyük fəsadlara səbəb ola bilər. Nə qədər gec deyil, dərhal müdaxilə lazımdır...

AnXeber.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri