Icma.az
close
up
RU
FHNdə AEBA baş direktorunun müavini ilə görüş

FHNdə AEBA baş direktorunun müavini ilə görüş

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Hua Liunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru olaraq Bakıda keçirilən COP29-un əhəmiyyətini qeyd edib.

Nazir ölkəmizin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olduğu 2001-ci ildən etibarən ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından danışıb, respublikamızda nüvə və radioloji fəaliyyət sahəsində tənzimləyici funksiyaları yerinə yetirən Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətindən bəhs edib. Təşkilatla həyata keçirilən birgə layihələrin, o cümlədən treninq və seminarların faydasından danışan nazir müxtəlif səviyyəli görüşlərin, keçirilən müzakirələrin münasibətlərə töhfə verdiyini deyib.

Səmimi görüşə görə təşəkkürünü bildirən AEBA-nın baş direktorunun müavini Hua Liu Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. Qonaq təmsil etdiyi təşkilatla milli əlaqələndirici qurum olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əlaqələrinin yüksələn xətlə inkişafından, ölkəmizdə nüvə və radioloji təhlükəsizlik sahəsində görülən tədbirlərdən məmnunluq ifadə edib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri