Icma.az
close
up
RU
FHNin karate komandasının üzvlərinin respublika çempionatında yüksək nəticələri

FHNin karate komandasının üzvlərinin respublika çempionatında yüksək nəticələri

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

28 noyabr – 1 dekabr 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə karate üzrə yeniyetmə və gənclər arasında 29-cu ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 32-ci ölkə çempionatı keçirilib.
Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarından 50-yə yaxın karate klubu olmaqla 650-dən çox idmançı əzmkar mübarizə aparıb.

FHN-in mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, yarışda iştirak edən FHN-in uşaq, yeniyetmə, gənc, böyüklər və parakarateçilərdən ibarət karate komandasının üzvləri kumite və kata yarışlarında məşqçi müəllimlər Coşqun Sadıqov, Rafael Məmmədov, Akif Kərimov və Xəyal Məmmədovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar.

FHN-in karate komandasının idmançıları (12-13 yaş-40 kq) Ramazan Mustafazadə və Cavid Hacıyev bürünc medal, (12-13 yaş-42 kq) Ayşənur Cəfərli bürünc, (12-13 yaş-45 kq) Toğrul Fətəlizadə gümüş, Murad Əhmədzadə bürünc medal qazanıblar. Komandanın digər üzvləri 16-17 yaş kateqoriyası üzrə -52 kq çəki dərəcəsində Əli Səfərov və -53 kq çəki dərəcəsində Fatma Hacıyeva bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib çıxıblar. Cahangir Qayıbov isə -76 kq çəki dərəcəsində gümüş medala yiyələnib. Kata üzrə yarışda isə Samirə Məmmədova qızıl medala yiyələnib. Bundan əlavə, 18-21 yaş kateqoriyası üzrə -84 kq çəki dərəcəsində Nihad Kərimzadə qızıl, -75 kq çəki dərəcəsində Nicat Kərimli, +84 kq çəki dərəcəsində Yavərbəy Abdullayev, -75 kq çəki dərəcəsində Nicat Hacılı və -50 kq çəki dərəcəsində Azərin Nəcəfova bürünc medalın sahibi olublar. Şəxsi kata yarışlarında 12-13 yaş kateqoriyası üzrə komanda üzvləri Elcan Sultanov gümüş, parakarateçilər arasında isə Nihad Məmmədzadə qızıl, Eldar Əhmədov isə gümüş medal qazanıblar. Böyüklər arasında keçirilən kumite yarışında Nicat Kərimli gümüş, kata yarışında isə Samirə Məmmədova qızıl medala yiyələnib. Ümumilikdə isə FHN-in karate komandasının üzvləri 6 qızıl, 5 gümüş və 8 bürünc medal qazanmaqla medal sayına görə siyahıda altıncı yerə yüksəliblər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi müəllimlərlə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri