Icma.az
close
up
RU

FHNin qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub FOTO

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

25-26 noyabr 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilib.

İdman-sağlamlıq klubunun arenasında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 9 komandadan 60-a yaxın əməkdaş iştirak edib.

Yarışın son günündə final görüşləri keçirilərək qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra çıxış edən İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 2024-cü il ərzində FHN-in müxtəlif idman növləri üzrə komandalarının qazanılmış nailiyyətlərindən bəhs edib. O, çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti idarə edib.

Gərgin idman şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb:

57 kq çəkidə

I yer – Rəşid Sadıqov (XRXX)

II yer – Heydər Dadaşov (MMQ)

III yer – Samir Məmmədov (MMQ)

III yer – Elnur Həsənov (DYMX)

61 kq çəkidə

I yer – Sədrəddin Həsənov (MMQ)

II yer – Rəşid Rüstəmli (XRXX)

III yer – Rüstəm Məmmədov (MMQ)

III yer – Bahad İsmayılov (MMQ)

65 kq çəkidə

I yer – Cəlal Süleymanov (XRXX)

II yer – Mirelturan Seyidov (DYMX)

III yer – Əli Həsənov (FHNA)

III yer – Mənsur Zeynallı (MMQ)

70 kq çəkidə

I yer – Mahir Mahmudov (MMQ)

II yer – Samir Piriyev (MMQ)

III yer – Tural Nəbiyev (DYMX)

III yer – Murad Balacayev (FHNA)

74 kq çəkidə

I yer – Elxan Nəbiyev (DYMX)

II yer – Həsən Seyidov (DYMX)

III yer – Muxtar Mövsümlü (MMQ)

III yer - Murad Hüseynli (XRXX)

86 kq çəkidə

I yer – Asif Nuruyev (DYMX)

II yer – Fariz Məmmədov (XRXX)

III yer – Ceyhun Cəlilli (DYMX)

III yer – Abbas Yaqubov (MMQ)

97 kq çəkidə

I yer – Elman Qasımov (DYMX)

II yer – Ağalar Məmmədov (MMQ)

III yer – Kənan Bayramlı (MMQ)

III yer – Özcan Kərimov (FHNA)

125 kq çəkidə

I yer- Camal Abdulov (SRM)

II yer – Ramil Əsədov (MMQ)

III yer – Ədalət Məmmədov (MMQ)

III yer – Yaşar Zamanov (DYMX)

Xal hesabının nəticələrinə əsasən komanda üzrə 1-ci yerə Mülki müdafiə qoşunlarının komandası, 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası, 3-ci yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası sahib olub.

Çempionatın əzmkar komandası adına FHN-in Akademiyasının komandası layiq görülüb. İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti obyektiv hakimlik xidmətlərinə görə, habelə Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri