FİA nın prezidenti yenidən o seçildi Anar Ələkbərovdan PAYLAŞIM FOTOSESSİYA
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya avtomobil idmanında daha bir uğurlu il FİA-nın Baş Assambleyası və “FİA Awards” mükafatlandırma mərasimi ilə yekunlaşdı. Bu il tədbirlər Daşkənd şəhərində keçirildi və ev sahibi ölkənin komandası müstəsna hazırlıq səviyyəsi və yüksək peşəkarlıq nümayiş etdirdi.
Avtosfer.az xəbər verir ki, bu fikirləri özünün “Instagram” hesabında Prezident İlham Əliyevin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının Prezidenti Anar Ələkbərov paylaşıb. O bildirib ki, bütün laureatlar əldə etdikləri görkəmli nailiyyətlərə və yüksək standartlara sadiqliklərinə görə təqdir edilir.
“Onların töhfəsi avtomobil idmanının qlobal miqyasda inkişafına dəstək olaraq, onun gələcək inkişafına təkan verəcək.
Həmçinin cənab Məhəmməd ben Sulayemi FİA-nın prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Arzu edirik ki, onun yeni səlahiyyət müddəti dünya avtomobil idmanı ictimaiyyətinin rifahı naminə mühüm nailiyyətlər və daha iddialı təşəbbüslərlə yadda qalsın,” – deyə Prezidentin köməkçisi qeyd edib.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 Dekabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















