Fidan: Bu, Tramp üçün prioritet deyil
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ hərbi qüvvələrinin Suriyada mövcudluğunu davam etdirməsi prezident Donald Trampın administrasiyası üçün prioritet deyil.
"Ölkə.az" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib.
“Amerika hərbçilərinin Suriyada mövcudluğunun davam etdirilməsinin Trampın prioritetləri sırasında olmadığını görürük. Amerika ictimaiyyəti ABŞ-nin Suriyada hərbi mövcudluğunu saxlamağın müdrikliyini şübhə altına almağa başlayıb. Bundan əlavə, əvvəllər Suriyada İran, Rusiya və (Suriyanın keçmiş prezidenti Bəşər) Əsəd rejimi kimi amillər var idisə, indi vəziyyət dəyişib. Prezident Tramp indi Amerika qoşunlarının mövcudluğunun davam etdirilməsinin zəruriliyinə inanmalıdır. Əgər Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək”, - deyə o qeyd edib.
İsrailin Suriya ərazisində olması məsələsinə toxunan diplomat qeyd edib ki, rəsmi Dəməşq beynəlxalq ictimaiyyətlə birlikdə İsrail qoşunlarının gələcəkdə Suriya ərazisindən çıxarılması ilə bağlı qərar verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 Mart 2025 05:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















