Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının növbəti konserti olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 aprel, AZƏRTAC
Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının növbəti konserti “Xəzər” Universitetində keçirilib. “Operanın gələcəyi, yeni nəfəs” adlı konsertdə istedadlı gənc vokalçılar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Tibb Universitetinin və Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.
Beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov və Nurlana Əsgərova Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Telli və Vəli duetini ifa ediblər.
Bundan başqa Rəhim Xəlilov, Ayan Bayramova, Aysu Əliyeva, Ruslan Persan, Şəms Cəfərova, Asim Muradov, Anar Həmidli və Reqina Məcidova da çıxış ediblər. Gecədə Azərbaycanın Xalq artisti, Beynəlxalq Opera Festivalının təşkilatçısı Fidan Hacıyeva fransız bəstəkarı Jorj Bizenin “Karmen” operasından “Habanera” ariyasını ifa edib.
Konsertin sonunda Azərbaycanın Xalq artisti Fidan Hacıyeva tələbələri ilə birgə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib.
Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı aprelin 23-dən 29-dək Bakıda keçirilir. Yeddi gün ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış yerli və xarici ifaçıların, gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası gənc istedadların iştirakı ilə konsertlər təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Aprel 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















