Fidan Ukrayna böhranı haqqında: İki yol var sülh və ya böyük dağıntılar
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlarla bağlı bildirib ki, hazırkı vəziyyətin həlli üçün cəmi iki yol mövcuddur.
Bu barədə "İnterfaks" agentiyi məlumat yayıb.
"Bu yollardan biri sülh yoludur. Digəri isə daha böyük dağıntılara aparacaq", – deyə Fidan qeyd edib.
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqları 16 may İstanbulda başlayıb. Rusiya nümayəndə heyətinə Vladimir Medinski, Ukrayna heyətinə isə müdafiə naziri Rustəm Umerov rəhbərlik edir.
Görüşün əvvəlində Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirakçılara açılış nitqi ilə müraciət edib.
Bundan əvvəl İstanbulda Rusiya və ABŞ, eləcə də Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin görüşləri də baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















