Gürcüstan bayrağı Türkiyəni qarışdırdı
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə yerli medianın gündəmini zəbt edən maraqlı hadisə baş verib. İstanbulun Silivri rayonunda müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən mədəniyyət tədbii qalmaqala səbəb olub.
Metbuat.az xəbər verir ki, Silivri bələdiyyəsi tərəfindən təşkil olunan şənlikdə xarici ölkələrin təmsilçiləri də iştirak ediblər.
Gürcüstandan gələn uşaqların səhnəyə öz ölkələrinin bayrağı ilə çıxması etirazla qarşılanıb. Buna səbəb Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvlərinin və tərəfdarlarının Gürcüstan bayrağını xaçlı yurüşlərinin simvolu zənn etməsi olub. Hətta MHP-nin Silivri rayon təskilatının sədri Zafer Yalçın Silivri bələdiyyəsindən prokurorluq orqanlarına şikayət edib.
Bələdiyyə rəsmilərinin cavabı özünü çox gözlətməyib. Səlahiyyətli şəxslər MHP üzvlərini şou yaratmaqda günahlandırıblar. Muxalif Cümhuriyyət Xalq Partiyasının (CXP) nümayəndələri də yerli milliyyətçiləri sərt tənqid edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 İyul 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















