Icma.az
close
up
RU
FİFA “Prestianni” qanunu qəbul etdi SON DƏQİQƏ

FİFA “Prestianni” qanunu qəbul etdi SON DƏQİQƏ

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

​Futbol dünyasında yeni qayda başlayır.

Offsideplus.az xəbər verir ki, bu barədə FİFA qərar qəbul edib və.

Artıq rəqiblə danışarkən ağzını gizlədən futbolçular meydandan qovulacaq.

​FİFA bununla da rəsmi olaraq “Prestianni Qanunu” adlanan yeni qaydanı təsdiqləyib. Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən qəbul edilən bu radikal dəyişiklik futbol meydanlarında intizamı və şəffaflığı artırmaq məqsədi daşıyır.

​Yeni qaydaya əsasən, rəqib oyunçu ilə mübahisə və ya ünsiyyət zamanı əli, yaxud forması ilə ağzını örtən hər bir futbolçu hakimin qərarı ilə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıla bilər.

​Bu qaydanın qəbul edilməsinə səbəb olan hadisə “Benfika”nın oyunçusu Canluka Prestianni ilə “Real Madrid”in ulduzu Vinisius Junior arasında yaşanan gərginlik olub. Prestiannin rəqibinə qarşı təhqiramiz ifadələr işlədərkən ağzını gizlətməsi və bunun sübut olunmasının çətinliyi futbol rəhbərliyini hərəkətə keçməyə məcbur edib.

​FİFA prezidenti Canni İnfantino məsələ ilə bağlı kəskin mövqe nümayiş etdirərək bildirib: “Əgər bir futbolçunun gizlədəcək bir şeyi yoxdursa, rəqiblə danışarkən ağzını örtməsinə ehtiyac yoxdur.”

​Qayda xüsusilə irqçi və diskriminativ təhqirlərin gizli qalmasının qarşısını almaq üçün nəzərdə tutulub.

​Hakimin qərarına etiraz olaraq komandanı meydandan çıxaran və ya buna təşviq edən rəsmi şəxslər də ən ağır şəkildə cəzalandırılacaq.

​Bu qanun rəsmi olaraq 2026-cı il Dünya Çempionatında qüvvəyə minəcək.

​Bu qərar taktiki göstərişlər zamanı ağzını örtməyə alışmış futbolçular və məşqçilər üçün ciddi müzakirə mövzusuna çevrilib. Lakin FİFA vurğulayır ki, cəza yalnız rəqiblə olan qarşıdurma anlarına şamil ediləcək.

DOĞRU.AZ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://dogru.az
archiveBu xəbər 29 Aprel 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri