FİFA prezidenti Jotanın faciəvi ölümü ilə bağlı başsağlığı verdi
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
FİFA-nın prezidenti Canni İnfantino Portuqaliya futbolçuları Diogo Jota və Andre Silvanın İspaniyada avtomobil qəzasında həlak olması ilə bağlı açıqlama verib.
QOL.az xəbər verir ki, FİFA rəhbəri rəsmi “X” hesabında (əvvəlki “Twitter”) mərhum futbolçuların ailəsinə, klublarına və Portuqaliya futbol ictimaiyyətinə başsağlığı ünvanlayıb:
“Diogo Jota və onun qardaşı Andre Silvanın faciəvi ölümü xəbəri məni dərindən kədərləndirdi. Cəmi 28 yaşında olan Diogo möhtəşəm karyera qurmuşdu və onun qarşısında hələ çox gözəl illər vardı. Onun qardaşı Andre isə “Penafiel”də yüksəlməkdə idi. Onların hər ikisi həm tanıyanlar, həm də dünya futbol ailəsi üçün böyük itki olacaq.
FİFA və dünya futbol ailəsi adından onların ailərinə, yaxınlarına, “Liverpul”, “Penafiel” klublarına və Portuqaliya Futbol Federasiyasına başsağlığı verirəm. Ruhları şad olsun”.
Xatırladaq ki, Diogo Jota iyunun 3-nə keçən gecə İspaniyanın Zamora əyalətində avtomobil qəzası keçirib və qardaşı ilə birlikdə dünyasını dəyişib.


