Icma.az
close
up
RU
Jotanın faciəvi ölümünə səbəb olan qəzanın Təfərrüatları

Jotanın faciəvi ölümünə səbəb olan qəzanın Təfərrüatları

Icma.az, Qol.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, "Liverpul"un və Portuqaliya millisinin üzvü Diogo Jota faciəvi şəkildə həlak olub.

QOL.az-ın yaydığı xəbərə görə, 28 yaşlı vinger iyunun 3-nə keçən gecə - yerli vaxtla saay 00:40 (Baklı vaxtı ilə saat 02:40) radələrində İspaniyanın Zamora əyalətində avtomobil qəzası keçirib və qardaşı ilə birlikdə dünyasını dəyişib.

"Marca" nəşrinin məlumatına görə, yol-nəqliyyat hadisəsi A-52 magistralının 65-ci kilometrliyində, Palasios-de-Sanabriya bələdiyyəsi ərazisində baş verib. Futbolçunun olduğu avtomobil yoldan çıxaraq aşıb və yanıb. Hadisə nəticəsində maşında olan Diogo Jotanın 26 yaşlı qardaşı Andre də həlak olub.

Qeyd edək ki, iyunun 22-də Jotanın toyu olmuşdu.

İngililtərənin "Daily Mail" nəşrinin yazdığına görə isə Dioqo Jota Şimali İspaniyada "Lamborghini" markalı avtomobilinin yoldan çıxaraq qəzaya uğraması nəticəsində həyatını itirib. Hadisə onun uşaqlıq sevgilisi ilə evlənməsindən cəmi iki həftə sonra baş verib.
Qəzetin yazdığına əsasən, hadisənin tarixi Valyadolid şəhərindən təxminən 70 mil qərbdə yerləşən A-52 magistralında, Diogo Jotanın sürdüyü "Lamborghini" avtomobilinin ötmə zamanı təkərinin partlaması nəticəsində baş verdiyi güman olunur. Avtomobil yoldan çıxaraq qəzaya uğrayıb və dərhal alovlanıb.

Bu yol İspaniyada, Şimali Portuqaliyadan çıxan sürücülər üçün əsas marşrut hesab olunur. Kastilya və Leon bölgəsinin fövqəladə hallar xidməti qəzanı təsdiqləyib.

Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa da Diogo Jotanın qardaşı ilə birgə qəzada həlak olduğunu təsdiqləyib.

Jota üç övladının anası olan Rute Kardozoya yeni evlənmişdi və dünən yayımlanan müsahibəsində özünü "dünyanın ən xoşbəxt adamı" adlandırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://qol.az
archiveBu xəbər 03 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri