Figaro: Fransanın baş naziri sabah səhər istefa verəcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransanın baş naziri Mişel Barnier Milli Assambleyada etimadsızlıq səsverməsindən sonra dekabrın 5-i səhər saatlarında istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcək.
APA xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə Mişel Barnierin cümə axşamı səhər Yelisey sarayında istefasını rəsmən təqdim edəcəyi gözlənilir.
Bundan əvvəl BFMTV Fransa prezidentinin Barnier hökumətinə etimadsızlıq səsverməsindən sonra 24 saat ərzində yeni baş nazir təyin etmək niyyətində olduğunu yazmışdı.
Sentyabrın 5-də baş nazir təyin edilən 73 yaşlı Barnierin hökuməti ölkə tarixində ən qısa hökumət oldu və o cəmi 90 gün davam etdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Dekabr 2024 05:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















