Icma.az
close
up
RU
Filankəsin uşağı deməyin: İmtahan təzyiqi uşaqların ruhunu əzir PSİXOLOQ İZAH ETDİ

Filankəsin uşağı deməyin: İmtahan təzyiqi uşaqların ruhunu əzir PSİXOLOQ İZAH ETDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hər imtahan mövsümündə yenə eyni səhnə: “Filankəsin uşağı 650 bal yığdı, sən niyə belə etmədin?” — bu cümlə sadəcə bir müqayisə deyil, uşaqların qəlbinə saplanan bir oxdur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.

Onun sözlərinə görə, hər il təəssüf ki, imtahanlarla bağlı intihar xəbərləri eşidirik: "Bu, artıq sadəcə təhsil problemi deyil, bu, cəmiyyətin, ailələrin və məktəbin psixoloji yanaşma problemidir.

İmtahan bir nəticədir, şəxsiyyət isə bir proses. Valideynlər övladlarının şəxsiyyətini nəticə üzərindən dəyərləndirməyə çalışdıqda, onların özünəinamını sarsıdır, sevilməyə yalnız "uğur qazandıqları halda layiq olduqları" mesajını ötürürlər. Bu isə uşaqlarda dəyərsizlik hissini dərinləşdirə bilər. Halbuki, hər bir uşaq dəyərlidir, balından, nəticəsindən, testindən asılı olmayaraq.

Müəllimlər isə sadəcə dərs keçmək yox, uşaqların daxili dünyasına da toxunmağı bacarmalıdır. Qiymətləndirmə motivasiya üçün deyil, inkişaf üçün olmalıdır. Bir şagirdin zəif nəticəsini "tənbəllik" kimi yozmaq əvəzinə, onun nəyə ehtiyac duyduğunu anlamaq daha doğrudur. Bəlkə o, qorxur? Bəlkə özünü heç kimin anlamadığını düşünür?

Valideynlər nə etməlidir?

1. Övladınızla rəqabət yox, rəğbət qurun.

2. Ona "səni olduğun kimi sevirəm" mesajını hər fürsətdə verin.

3. Onun dəyərini bal və nəticələr üzərindən ölçməyin.

4. Öz gərginliyinizi uşağa yansıdaraq onu əlavə stress altında qoymayın.

Müəllimlər nə etməlidir?

1.Dərsdən öncə uşağın ruh halını oxumağa çalışın.

2. "Nə qədər bilirsən?" sualından çox, "Səni nə narahat edir?" sualına yer verin.

3. Qiymətləndirməni tənqid yox, yönləndirmə vasitəsi kimi istifadə edin.

Unutmayaq: Uşaqların gələcəyi sadəcə test vərəqlərinə yazılan rəqəmlərlə deyil, içlərində daşıdıqları güvənlə formalaşır. Onları müqayisə ilə yox, qəbul və anlayışla böyütsək, bu cəmiyyət daha sağlam düşüncəli fərdlərlə dolacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri