Filarmoniyasının səhnəsində 8 noyabr Zəfər gününə həsr olunmuş konsert keçirilib FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 8 noyabr Zəfər gününə həsr olunmuş konsert keçirilib. Öncəliklə professor, akademik Rafael Hüseynov konsertlə bağlı çıxış edərək ətraflı məlumat verib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və solist - Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov dinləyicilər qarşısında çıxış edib.
Proqramda F.Əmirov "Azərbaycan kapriççiosu", F.Sücəddinov "Qarabağnamə" simfonik balladası (librettosu akademik Rafael Hüseynova məxsusdur), O.Zülfüqarov "Şənlən, mənim xalqım!", Y.N.Şəfəq "Zəfər valsı", S.Rəhimova "Zəfər nidası!" simfonik poeması, Niyazi "Türk marşı" və C.Quliyev "Əsgər marşı" səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 10 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















