Filip Ozobiç: Həmin meydanda oynamağı böyük səbirsizliklə gözləyirəm”
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qəbələ" ilə oyunun ağır keçəcəyini bilirdik". Sport24.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un futbolçusu Filip Ozobiç deyib.
Təcrübəli yarımmüdafiəçi Misli Premyer Liqasının IV turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Komanda ötən ildən yaxşı nəticələr qazanır. Ağır qarşılaşma oldu. Amma şükürlər olsun ki, qalib gələ bildik. Düşünürəm ki, bu qələbəyə layiq idik".
Ozobiç Tovuz təmsilçisinin matçlarını "Azersun Arena"da keçirməsi ilə bağlı da danışıb:
"Qarabağ"da keçirdiyim mövsümlərdə buranı çox yaxşı tanımışam. Arenaya çox gözəl bələdəm. "Turan Tovuz" da öz meydanında süni örtüyü təbii ilə əvəzləyir. Həmin meydanda oynamağı böyük səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, "Turan Tovuz" Premyer Liqanın IV turunda "Qəbələ"ni minimal hesabla məğlub edib - 1:0
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















