Filippində yanan gəmidə insan qalıqları tapıldı
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Filippinin Palavan əyalətinin sahillərində yanan "MV June Aster" sərnişin bərəsinin ekonom-klas hissəsində yanmış insan qalıqları aşkar edilib.
Moderator.az xəbər verir ki, bu məlumatı Filippin Sahil Mühafizəsinin rəsmi təmsilçisi Noemi Kayabyab keçirilən brifinq zamanı açıqlayıb.
Gəmidə baş verən yanğın bu gün tamamilə söndürülüb. Kayabyabın sözlərinə görə, əraziyə cəlb olunan xilasedici qrup gəmidə ətraflı təhlükəsizlik yoxlaması həyata keçirib və məhz bu baxış zamanı qalıqlar aşkarlanıb.
O, faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verərək qeyd edib: "Hazırda Sahil Mühafizəsi, polis və digər aidiyyəti qurumlar tərəfindən həlak olan şəxslərin qalıqlarının çıxarılması və kimliyinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 11 Sentyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















