Icma.az
close
up
RU
Fillər saniyədə yüzlərlə vibrasiyanı necə qəbul edir?

Fillər saniyədə yüzlərlə vibrasiyanı necə qəbul edir?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Fillər bir-biri ilə böyük məsafələrdən əlaqə saxlamaq üçün təkcə hava yolu ilə yayılan səslərdən deyil, həm də torpağın vibrasiyasından istifadə edirlər. "Frontiers in Audiology and Otology" jurnalında dərc olunan yeni araşdırma göstərir ki, fillərin orta qulağındakı iri və ağır sümüklər ayaq pəncələrindən gələn aşağı tezlikli vibrasiyaları daxili qulağa ötürmək üçün mükəmməl şəkildə formalaşıb. Üstəlik, bu nəhəng heyvanların qulaq keçidini istənilən vaxt öz iradələri ilə bağlaya bilməsi onların "sümüklə eşitmə" qabiliyyətini daha da kəskinləşdirir.

Hava vasitəsilə səs çıxaran fillər 5 kilometrə qədər məsafədə ünsiyyət qura bilirlər. Lakin onların ikinci və daha uzaqməsafəli ötürmə üsulu da var: ayaqlarını yerə vuraraq seysmik dalğalar yaratmaq. Bu vibrasiyalar ünvan sahibinin ayaqaltı uclarına çatır, oradan ətrafların sümükləri və kəllə sümüyü vasitəsilə birbaşa daxili qulağa ötürülür. Fillər bu cür seysmik siqnalları mənbədən 10 kilometr və daha uzaq məsafədə qəbul edə bilirlər ki, bu proses elmdə "sümük keçiriciliyi ilə eşitmə" adlanır.

Harvard Tibb Məktəbinin dosenti və tədqiqatın aparıcı müəllifi Sunil Purianın rəhbərlik etdiyi qrup fillərin sümük keçiriciliyinə qarşı niyə bu qədər həssas olduğunu öyrənmək üçün insan və fil kəllə sümüyünün gicgah hissələrini (orta və daxili qulağın yerləşdiyi zona) xüsusi vibrasiya cihazı və lazer şüaları vasitəsilə müqayisə ediblər.

Sınaqlar zamanı məlum olub ki, fillərin orta qulaq sümükləri insan qulağından 9 dəfə ağır, qulaq pərdələri isə 7 dəfə böyükdür.  Fil sümükləri ən effektiv şəkildə 0,4 kilohers (400 Hers) tezliyində vibrasiya edir (insanlarda bu göstərici 1,2 kilohersdir).  Aşağı tezliklərdə filin üzəngi sümüyü (daxili qulağa vibrasiyanı ötürən ən kiçik sümük) insandakına nisbətən 3-4 dəfə daha çox hərəkət edir ki, bu da daxili qulaqdakı ilbiyə (səs dalğalarını sinir siqnallarına çevirən nahiyəyə) daha güclü siqnalın getməsini təmin edir.

Bundan əlavə, insanlarda olmayan unikal bir anatomik xüsusiyyət fillərin eşitmə qabiliyyətini pik nöqtəyə çatdırır. Vibrasiyanın tezliyi 200 hersdən aşağı düşəndə fillər xüsusi əzələni sıxaraq qulaq keçidlərini tamamilə bağlaya bilirlər. Bu, insanın qulağına tıxac (tıxac-qulaqlıq) taxması ilə eyni effekti verir — bədənin daxilində yayılan səslər və sümük vibrasiyaları xarici səslər kəsildiyi üçün qulağın daxilində daha güclü və aydın eşidilir. Hesablamalara görə, qulaq kanalının bu cür bağlanması fillərin sümük keçiriciliyi ilə eşitmə həssaslığını 30 dəfəyə qədər artıra bilir.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri