Icma.az
close
up
RU
Film kimi dələduzluq: Falçıların hesabını qıraraq sevdiyi qıza... RƏY

Film kimi dələduzluq: Falçıların hesabını qıraraq sevdiyi qıza... RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Naxçıvan Muxtar Respublikasında film kimi dələduzluq hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Babək rayonunun Güznüt kəndində yaşayan 25 yaşlı Abbas Məmmədlinin falçılara məxsus iki səhifənin parolunu sındıraraq ələ keçirməsi məlum olub.

Müəyyən edilib ki, Abbas Naxçıvanda Yasəmən (şərti) adlı qızla tanış olub. Lakin bir neçə gün sonra həmin qız Abbasdan ayrılıb. Qızın baxıcı səhifələrinə yazdığını bilən Abbas bundan sonra falçılara məxsus səhifələri ələ keçirərək, falçı "Nailə" və "Bahar" adı ilə onunla yazışmağa başlayıb. Bu yolla o, Yasəməni özünə yönləndirib və münasibətini bərpa edib. Həmçinin Abbas qızı aldadaraq bəzi şəxslərin sağalması, ölməmələri, işlərin düzəldilməsi, xoşbəxtlik yolları və s. adlarla ondan hissə-hissə 36 250 manat pul alıb.

Qızın atası evdə saxladığı pulların yoxa çıxdığını görəndən sonra hər şeyin üstü açılıb və polisə müraciət edilib. Yasəmən pulları falçılara verdiyini bildirib. Polis isə falçıların adı ilə yazan şəxsin əslində Abbas olmasını müəyyən edərək onu saxlayıb. Gənc oğlan barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə iş açılıb.

Həbs ediləcəyini görən Abbas pulların böyük hissəsini, yəni 30 min manatını polis idarəsində və məhkəmədə qızın ailəsinə qaytarıb. O, yerdə qalan 6 250 manat pulu da hər ay 1000 manat olmaqla qaytarmağa söz verib.

Cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbas Məmmədli 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun ayağına elektron qolbaq taxılıb və Naxçıvan hüdudlarını tərk etməsi qadağan olunub.


Sosioloq Mətanət Məmmədova "Sherg.az"a deyib ki, hadisə hansısa bir filmin ssenarisinə oxşuyur: 


"Sanki, rejissorun uydurmasıdır.  Göründüyü kimi, həyatda  istənilən hadisə baş verir. Kənd yerində yaşayan bir gəncin bu cür davranışı texnologiyanın inkişafından xəbər verir. Fikrimcə, həmin gənclər arasında sevgidən söhbət belə, gedə bilməz. Çox ehtimal, onlar sosial şəbəkədə tanış olublar. Bəlkə, bir-birilərinin üzünü həyatda görməyiblər. Ola bilsin ki, qız oğlana falçıya müraciət etdiyini və gələcəklərinin olmadığını deyib. Nəticədə oğlan həmin falçıların şəxsi hesab parollarını sındırmaq qərarına gəlib. Yəni, inanılmaz hadisədir. Şəxsən öz həyat təcrübəmdə və əmək fəaliyyətimdə ilk dəfədir belə halla qarşılaşıram. Oğlanın bu hərəkəti sevgi anlayışından çıxaraq gəlir əldə etməyə yönəlib. Qızdan pul qoparmaq həmin gəncin məqsədini açıq-aşkar bəlli edir. Qızın isə ailəsini aldadaraq pullarını falçılara paylaması başqa mövzudur. Ümumiyyətlə, bir qız uşağının ailə gəlirindən böyük məbləğdə pul oğurlaması onun düzgün tərbiyyəsinin olmadığını göstərir. Cəmiyyətdə belə vəziyyətlərin yaşanması utancvericidir. Bütün bu yaşanılanlar gəclər üçün pis örnəkdir. Həmin iki falçı və qızın ailəsi oğlanı məhkəməyə verməkdə tam haqlıdırlar. Gəncin hərəkətləri cinayyət məcəlləsinin fərqli maddələrinə uyğun cəza veriləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri