Finalçılar PSJ və İnter ilk dəfə rəsmi oyunda qarşılaşacaqlar
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
PSJ və "İnter" ilk dəfə rəsmi oyunda qarşılaşacaqlar.
İdman.biz xəbər verir ki, parislilər “Arsenal”ı (2:1, 1:0), milanlılar isə “Barselona”nı ümumi hesabda məğlub edərək (4:3, 3:3) Çempionlar Liqasının finalına yüksəliblər.
Finalçıların 2023-cü ilin avqustunda keçirilən sonuncu yoldaşlıq görüşündə "İnter" 2:1 hesabı ilə qalib gəlib.
2019-cu ilin iyulunda hazırlıq matçı 1:1 hesabı ilə başa çatsa da, penaltilər seriyasında yenə İtaliya təmsilçisi sevinib - 6:5.
Komandaların yoldaşlıq xarakteri daşıyan daha əvvəlki üç qarşılaşmasında isə PSJ qələbə qazanıb: 2016-cı ilin iyulunda 3:1 və 2015-ci ilin dekabrında və 2014-cü ilin dekabrında eyni 1:0 hesabı ilə.
Qeyd edək ki, PSJ və "İnter" mayın 31-də Münhendə keçiriləcək final oyununda üz-üzə gələcəklər.
İdman.biz


