Icma.az
close
up
RU
Finlandiya Prezidenti Putini “strateji axmaq” adlandırdı “Bu, Putinin ən böyük səhvidir”

Finlandiya Prezidenti Putini “strateji axmaq” adlandırdı “Bu, Putinin ən böyük səhvidir”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Ukrayna ilə müharibəsi müasir tarixdə “ən böyük taktiki və strateji səhvdir”.

“AzPolitika” xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “The Sydney Herald” qəzetinə müsahibəsində Vladimir Putin barədə danışarkən deyib.

"Mən qeyd edərdim ki, bu, müasir tarixdə ən böyük taktiki və strateji səhvdir... o (Ukrayna) Avropa Birliyinin üzvü olacaq və nəhayət, NATO-ya da daxil olacaq. Onun (Putinin-red.) məqsədi NATO-nu dağıtmaq idi. Lakin o, sadəcə olaraq, Finlandiya vasitəsilə NATO ilə sərhədi ikiqat artırdı. Bu, transatlantik tərəfdaşlığı məhv etmək məqsədi daşıyırdı. Ancaq indi biz NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizinədək artırırıq. O, Avropa İttifaqını dağıtmaq istəyirdi. Ancaq mən onu heç vaxt bu qədər birləşmiş görməmişdim”.

Həmçinin, Finlandiya Prezidentinin sözlərinə görə, Putin “Ukraynadakı müharibədə çox yüksək qiymət ödəyir”: “Baxın, bu il o, Ukrayna ərazisinin 0,25 faizi qədər irəlilədi və nəticədə hər kilometrə 167 əsgər həlak oldu. Bu, kifayət qədər yüksək qiymətdir”.

Bununla yanaşı, Stubb hesab edir ki, Rusiya qarşıdakı illərdə də silahlanmağa davam edəcək: "Əsas ssenari çox sadədir. Yaxın beş-on il ərzində Rusiya üçün iki şey aktual olacaq. Birincisi, o, dinc liberal demokratiyaya qayıtmayacaq. İkincisi, hərbi gücünü artırmağa davam edəcək".

Stubb Putini “strateji axmaq və hərbi uğursuz” adlandırıb. Qeyd edib ki, Putinin NATO-nun hər hansı bir üzvünə hücumu hamıya qarşı hücum kimi bəyan edən 5-ci maddəsini sınaqdan keçirməyəcəyinə ümid edir. Çünki bunun sonu bəllidir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri