Finlandiya qaçqınlar üçün proqramlar üzrə ödənişləri ləğv etmək istəyir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Finlandiya qaçqınların və sığınacaq axtaranların inteqrasiya proqramları üzrə ödənişləri ləğv etməyi planlaşdırır və bu müavinətlərin azaldılması ən çox ukraynalılara təsir edəcək.
APA xəbər verir ki, bu barədə “Yle” nəşri yazıb.
Məlumata görə, bu həftə Finlandiya maliyyə naziri Riikka Purra gələn il üçün büdcə layihəsini təqdim edib. Layihədə, bələdiyyələrə və sosial təminat bölgələrinə qəbul etdikləri miqrantlar və sığınacaq axtaranlar üçün verilən inteqrasiya kompensasiyasının ləğvi təklif olunur.
Qeyd edilir ki, bu addım növbəti iki il ərzində 317 milyon avroya qənaət etməyə imkan verəcək.
Bu ödənişlər dövlətin miqrantlar üçün dil hazırlığı, işəgötürmə dəstəyi, eləcə də insanları Finlandiya cəmiyyəti və adətləri ilə tanış edən kurslar kimi inteqrasiya xidmətlərinə çəkilən xərcləri bələdiyyələrə kompensasiya etmək məqsədi daşıyır.
Finlandiya Əmək və İqtisadiyyat Nazirliyinin miqrasiya məsələləri üzrə direktoru Sonya Hyamyeleinen bildirib ki, inteqrasiya xidmətlərinin əsas istifadəçiləri sığınacaq axtaranlar və qaçqınlardır. Hazırda onların əksəriyyəti – təxminən 46 min nəfər – ukraynalılardır.
Onun sözlərinə görə, bu il inteqrasiya xidmətlərinə çəkilən vəsaitlərin təxminən üçdə ikisi, gələn il isə təxminən dörddə üçü Ukraynadan gələn şəxslərə göstərilən xidmətlərə yönəldiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Avqust 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















