Finlandiya və Almaniyan arasındakı telekommunikasiya kabelində qəza baş verdi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Finlandiya və Almaniyanı birləşdirən dənizaltı telekommunikasiya kabelində yaranan nasazlıq səbəbindən rabitə xidmətləri kəsilib.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Helsinkini Almaniyanın Rostok şəhəri ilə birləşdirən “C-Lion1” kabeli Finlandiya şirkəti “Cinia” tərəfindən çəkilib və idarə olunur. Təxminən 1200 kilometr məsafəni əhatə edən kabel Finlandiya ilə Mərkəzi Avropa arasında yeganə birbaşa əlaqədir. Bu xətt qaz boru kəmərləri və elektrik kabelləri də daxil olmaqla, digər əsas infrastruktur hissələri ilə yanaşı keçir. Xətaya nəyin səbəb olduğu hələlik bilinmir. Şirkətdən məsələni hələ də araşdırıldığı bildirilir. Hələ sentyabr ayında ABŞ tərəfi xəbərdarlqı etmişdi ki, əllərində Rusiyanın təxribat planı ilə bağlı faktlar var. Xəbərdarlıq İsveç, Danimarka, Norveç və Finlandiyanın ictimai yayımçılarının hamısına çatdırılmışdı.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















