Finlandiyada saxlanılan Rusiya tankeri casusluqla məşğul imiş Britaniya nəşri AÇIQLADI
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Finlandiya hakimiyyəti tərəfindən sualtı kabellərə ziyan vurmaqda şübhəli bilinərək saxlanılan Rusiyanın “Eagle S” tankeri “casus gəmisi”nə xarakterik olan ötürücü və dinləmə avadanlığı ilə təchiz edilib.
Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “Lloyd’s List” nəşri gəmi ilə birbaşa əlaqəli mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, gəmiyə nəhəng çamadanlarda gətirilən avadanlıq körpüdə quraşdırılıb. Rusiya və Türkiyə limanlarına edilən zənglər zamanı gəmiyə çoxlu noutbuklar da gətirilib.
Avadanlıq müxtəlif radiotezliklərdə yayımların qeydə alınması və NATO gəmiləri və təyyarələrinin monitorinqi üçün istifadə edilib.
Mənbə bildirib ki, “Eagle S” Rusiyaya qayıtdıqdan sonra analiz üçün boşaldılıb. Nəşrin məlumatına görə, Eagle S La-Manş boğazından keçərək “sensor tipli cihazları” suya atıb.
Mənbə onu da bildirib ki, tankerin göyərtəsində orada qalmağa icazəsi olmayan, özü də dənizçi olmayan yad şəxs olub. Nəşrin həmsöhbətinin sözlərinə görə, gəminin ekipajı casusluq fəaliyyəti haqqında yəqin ki, məlumatlı olub, lakin təhlükə altında olduqları üçün susublar.
“Eagle S” Finlandiyanı Estoniya ilə birləşdirən üç rabitə kabelini zədələdikdən sonra dekabrın 26-da Baltik dənizində Finlandiya sahil mühafizəsi tərəfindən ciddi təxribat şübhəsi ilə saxlanılıb.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 28 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















