Icma.az
close
up
RU
Fırıldaq, yoxsa möcüzə? Arıqlama məhsullarının qaranlıq üzü Ekspertlər çağırış etdilər

Fırıldaq, yoxsa möcüzə? Arıqlama məhsullarının qaranlıq üzü Ekspertlər çağırış etdilər

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günümüzdə bir çox insanlar  artıq çəki problemindən əziyyət çəkir. İnsanların əksəriyyəti arıqlama çaylarına və son dövrlərdə populyarlaşan arıqlama iynələrinə müraciət edir. 

Bu barədə Moderator.az-a danışan dietaterapevt Elvira Ağabəyzadə  deyib ki, arıqlamaq üçün istifadə olunan müxtəlif metodlar, xüsusilə arıqlama çayları və iynələri, son dövrlərdə geniş yayılıb. Arıqlama iynələri əsasən mədənin peristaltikasını zəiflədərək onun mərkəzi sinir sistemi ilə əlaqəsini qismən kəsir:

 “Bu proses nəticəsində iştah azalır, lakin eyni zamanda qida həzminə və bağırsaq fəaliyyətinə mənfi təsir göstərə bilər. Həzm sistemində fermentasiya pozulduqda, qidaların orqanizm tərəfindən düzgün emalı çətinləşir. Bu da metabolik pozuntulara, həzm problemlərinə və digər fəsadlara səbəb ola bilər. Bu cür iynələrin istifadəsi yalnız endokrinoloqların nəzarəti altında olmalıdır. Lakin kommersiya maraqları səbəbindən onların geniş təbliğ edilməsi sağlam həyat tərzinin önəmini kölgədə qoya bilər”.

Dietaterapevt əlavə edib ki, arıqlama çaylarının tərkibi çox vaxt məlum olmur və onların orqanizmə necə təsir etdiyi barədə yetərli elmi araşdırmalar yoxdur:

“Bu səbəbdən onların təsir mexanizmi və uzunmüddətli nəticələri qeyri-müəyyəndir. Belə məhsulların satışı və istifadəsinə nəzarət edən dövlət qurumları olsa da, hər kəs fərdi olaraq istifadə etdiyi məhsulların təhlükəsizliyini araşdırmalıdır. Arıqlamaq istəyən şəxslər ilk növbədə öz orqanizmini tanımalı və sağlam metodlara üstünlük verməlidirlər. Burada vacib amillər bunlardır:

Bağırsaq və həzm sisteminin sağlamlığı – Bağırsaq florasının normallaşması və həzm proseslərinin yaxşılaşdırılması çəki itirmək üçün vacibdir.

Metabolik balans – Mədəaltı vəzi, öd və mədənin vəziyyəti çəkinin idarə olunmasına təsir edir. Bu orqanların sağlam olması arıqlama prosesini asanlaşdırır.

Daimi çəki nəzarəti – Çəki verdikdən sonra bədən həmin çəkiyə uyğunlaşmalıdır. Bunun üçün insan ən azı bir-iki il ərzində əldə etdiyi çəkiyə nəzarət etməli və kəskin çəki dəyişikliklərindən qaçmalıdır.

Sağlam qidalanma və fiziki aktivlik – Arıqlamanın ən effektiv və uzunmüddətli üsulu düzgün qidalanma və müntəzəm fiziki fəaliyyətlə mümkündür”.

Azad İstehlakçılar  Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda və dünyanın bir çox ölkələrində müxtəlif xəstəlikləri "müalicə etdiyini" iddia edən vasitələr mövcuddur:

“Təəssüf ki, bu sahədə çoxsaylı  "ara həkimləri" var və onların fəaliyyəti insanların sağlamlığına ciddi təsir edir.

Vaxtilə arıqlama çayı ilə bağlı şikayət daxil olmuşdu. Vətəndaş arıqlamaq istəyib, lakin sağlamlığına ciddi zərər dəyir. Araşdırma apardıq və Qida Təhlükəsizliyi Agentliyindən məlumat aldıq ki, bu məhsul ümumiyyətlə agentlikdə qeydiyyatdan keçməyib.

Biri arı ilə müalicə edir, biri qurbağa ilə, biri eşşək südü ilə – belə hallar mövcuddur və təəssüf doğurur. Mən üzümü bu cür vasitələrə inanan insanlara və belə işlərlə məşğul olanlara tuturam. Sizcə, akademik tibbin hansı resursu çatışmır ki, bu vasitələri öz sahəsinə daxil etmir? Akademik tibb laboratoriyalara, insan resurslarına, maliyyə imkanlarına, apteklərə və dərman sənayesinə sahibdir. Əgər bu məhsullar həqiqətən faydalı olsaydı, onları elmi şəkildə istehsal edib, rəsmi şəkildə satışa çıxarardılar. İnsanlar çox təəssüf ki, belə şeylərə inanırlar. Mən insanlara çağırış edirəm - yalnız akademik tibbi əsaslara üstünlük versinlər. Azərbaycanda illər boyu bu cür məhsulların satışı ilə məşğul olan çoxsaylı şirkətlər olubdur. İlk belə şirkətlərdən biri “Herbalife” idi, sonra “Tiens” və digər oxşar şirkətlər yarandı. İnsanları bəlağətli sözlərə, jurnallardakı şəkillərə inanmamağa çağırıram. Məşhur bir türk aliminin belə bir sözü var: "Bütün yer üzündə istehlakçıları aldatmaq üçün cəmi 20 nəfər pula satılmış professor tapmaq kifayətdir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri