“Fitch İpoteka və Kredit Zəmanət Fondunun kredit reytinqini təsdiq edib
Icma.az bildirir, Operativ MM portalına istinadən.
“Fitch" beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun uzunmüddətli xarici və yerli valyutada kredit reytinqini növbəti dəfə ölkə reytinqinə bərabər “BBB-" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz "Sabit"dir.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Fonda istinadən xəbər verir.
"Bu reytinq Fondla dövlət arasında möhkəm əlaqələrin olması, əhalinin əlverişli şərtlərlə mənzillə təmin edilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin asanlaşdırılması yolu ilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyət kəsb etməsi ilə bağlıdır", - deyə məlumatda qeyd olunub.
“Fitch" 2009-cu ildən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.
Baxış sayı:91
Bu xəbər 16 Noyabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















