“Fitch Ratings” SOCAR ın gəlirləri üzrə proqnozunu açıqlayıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə maliyyə göstəriciləri ilə bağlı proqnozunu açıqlayıb.
"APA-Economics" reytinq agentliyinə istinadən xəbər verir ki, SOCAR-ın 2025-ci ildə ümumi gəlirinin 45,9 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırıb. Bu isə 2024-cü ilə nisbətən 9,3% azdır. Belə ki, 2024-cü il üzrə şirkətin ümumi gəlirləri 50,6 milyard dollar qiymətləndirilib.
Şirkətin əməliyyat mənfəəti (EBİTDA-çıxılmalardan əvvəlki mənfəətin gəlirə nisbəti) 3,32 milyard dollar proqnozlaşdırılıb ki, bu da ötən ilə nisbətən 6,2% azdır. 2024-cü il üzrə SOCAR-ın əməliyyat mənfəəti 3,54 milyard dollar qiymətləndirilib.
"Fitch" həmçinin qeyd edib ki, 2023-cü ilin oktyabr ayında SOCAR-ın Fərdi Kredit Profili (SCP) ‘b+’-dan ‘bb-’ səviyyəsinə yüksəldilib və şirkətin reytinqində hələlik dəyişiklik edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 08 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















