Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

“Fitch ratings”in ölkəmizlə bağlı nikbin gözləntiləri

“Fitch ratings”in ölkəmizlə bağlı nikbin gözləntiləri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər dünyanın əksər dövlətləri, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən bəyənilir, təqdir edilir. Hazırda dünyanın tanınmış reytinq agentlikləri də ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı nikbin, ümidverici fikirlər səsləndirir, əvvəlki proqnozlarını mütəmadi olaraq yeniləyirlər.

Təsadüfi deyil ki, iyunun 1-də “Bakı Enerji Həftəsi”nin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu tendensiyanı yüksək dəyərləndirərək deyib: “Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var”.

Elə “Fitch ratings” beynəlxalq agentliyinin son hesabatında da ölkəmizlə bağlı müsbət məqamlar yer alıb. Bu günlərdə Azərbaycanın iqtisadi artımı ilə bağlı gözləntilərini açıqlayan agentlik ölkəmizin uzunmüddətli xarici valyutada emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “sabit” saxlayıb. “Fitch” bunu Azərbaycanın reytinqi çox güclü xarici mövqeyi, müqayisə olunan ölkələr arasında ən aşağı dövlət borcu səviyyəsi və suveren fondun əhəmiyyətli aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə əsaslandırıb.

Azərbaycanda gedən iqtisadi inkişaf prosesini diqqətlə izləyən agentliyin proqnozuna əsasən, 2026-cı ildə ölkəmizin iqtisadi artımı 2 faiz təşkil edəcək. Qurum analitikləri bu il ölkəmizdə real ÜDM artımının 2025-ci ilin iqtisadi artım səviyyəsindən sonra nisbətən sürətlənəcəyini bildiriblər. “Fitch”in qiymətləndirməsinə görə, ehtiyatlı fiskal siyasət və kreditləşmənin nisbi artımı enerji qiymətlərinin yüksəlməsinin təsirləri ilə tarazlaşacaq. Agentliyin hesabatında neft hasilatının struktur azalmasının ortamüddətli dövrdə iqtisadi artım üçün əsas çağırışlardan biri olaraq qalacağı ilə bağlı məqam da yer alıb.

“Fitch ratings” agentliyinin açıqlamasına əsasən, 2026-cı ildə Azərbaycanın suveren valyuta ehtiyatları 93 milyard ABŞ dollarına çatacaq ki, bu da ölkənin proqnozlaşdırılan ÜDM-nin 117 faizini təşkil edəcək. Qurum analitikləri hesab edirlər ki, ehtiyatların artması Yaxın Şərqdəki gərginlik fonunda neft və qaz qiymətlərinin yüksəlməsi hesabına təmin olunacaq ki, bu da ölkənin ixrac gəlirlərinin çoxalmasına səbəb olacaq. Göstərilən aktivlərin, təxminən, 84 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondunda, qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq valyuta ehtiyatlarında cəmləşəcək.

Dövlətimizin başçısı ötən həftənin ilk günündə Azərbaycan paytaxtında keçirilmiş beynəlxalq enerji toplantısının açılışında bu vacib məqama toxunaraq deyib: “Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar, birinci növbədə, bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı”.

“Fitch” agentliyinin son açıqlamasında diqqətçəkən digər vacib məqam Azərbaycanın xalis suveren xarici aktivləri ilə bağlıdır. Qurum analitiklərinin proqnozuna əsasən, həmin aktivlər ÜDM-in 73 faizinə çatacaq ki, bu da “BBB” reytinq kateqoriyasına aid ölkələr arasında ən yüksək göstərici olacaq. Agentliyin proqnozuna görə, daha yüksək neft qiymətləri ilə idxalın cüzi artımının birləşməsi tədiyə balansının cari əməliyyatlar hesabı üzrə profisitin 2026-cı ildə ÜDM-in 9 faizinə yüksəlməsinə imkan verəcək. Xatırladaq ki, bu göstərici 2025-ci ildə 4,6 faiz səviyyəsində olub. Analitiklərin fikrincə, 2027-ci ildə neft və qaz qiymətlərinin azalacağı gözlənsə də, profisit analoji ölkələrin orta göstəricisindən yüksək olaraq qalacaq və valyuta ehtiyatlarının artmasına töhfə verməyə davam edəcək.

Konsolidə edilmiş büdcə profisitinin 2026-cı ildə ÜDM-in 5,6 faizinə yüksələcəyini proqnozlaşdıran analitiklərin fikrincə, karbohidrogen qiymətlərinin aşağı düşməsi, qeyri-neft gəlirlərinin mülayim artımı və dövlət xərclərinin nisbətən sabit qalması səbəbindən 2027-ci ildə bu göstərici azalacaq. “Fitch” onu da bildirir ki, Azərbaycan hakimiyyəti müdafiə məsələlərinə və azad edilmiş ərazilərin bərpasına prioritet verməyə davam edəcək.

Agentlik ölkənin büdcə siyasətinin təkmilləşdirilməsini də müsbət qiymətləndirir. Belə ki, 2027–2030-cu illəri əhatə edən strategiya ilkin qeyri-neft kəsirinin 2029-cu ilə qədər ÜDM-in 13 faizinə endirilməsini nəzərdə tutur. Müqayisə üçün deyək ki, bu göstərici 2025-ci ildə 18,6 faiz, 2022-ci ildə isə 22,2 faiz təşkil edib.

“Fitch”in rəyinə görə, ortamüddətli fiskal hədəflərin yenidən nəzərdən keçirilməsi imkanlarını məhdudlaşdırmağa yönəlmiş büdcə qaydalarındakı dəyişikliklər, eləcə də hökumətin ARDNF-dən dövlət büdcəsinə transfertləri mərhələli şəkildə azaltmaq niyyəti büdcə siyasətinin prosiklik xarakterini zəiflədəcək, iqtisadi kursun proqnozlaşdırıla bilməsini artıracaq və dövlətin xarici aktivlərinin daha da artmasına şərait yaradacaq.

“Fitch ratings” agentliyinin proqnozuna görə, Azərbaycanın dövlət borcu 2027-ci ildə ÜDM-in, təxminən, 21 faizi səviyyəsində qalacaq ki, bu da investisiya reytinqinə malik ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin açılış mərasimindəki çıxışında ötən müddətdə Azərbaycanın xarici borcunu əhəmiyyətli dərəcədə azaltmağa nail olduğunu vurğulayaraq deyib: “Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur”.

Azərbaycanla bağlı açıqlamasını nikbin notda yekunlaşdıran “Fitch ratings” agentliyi ölkəmizin investisiya səviyyəli reytinqinin qorunması üçün güclü xarici balansın və ehtiyatlı makroiqtisadi siyasətin mühüm rol oynadığını vurğulayıb.

Qısa bir xatırlatma qeyd edək ki, dünyanın “böyük üçlük” reytinq agentliklərindən biri olan “Fitch ratings” 1913-cü ildə ABŞ-da təsis edilib. Baş ofisləri Nyu-York və Londonda yerləşən qurum qlobal maliyyə bazarlarında dövlətlərin, bankların və korporasiyaların kredit qabiliyyətini qiymətləndirən nüfuzlu təşkilat kimi tanınır. Agentlik investorlara riskləri qiymətləndirməyə kömək edən müstəqil kredit reytinqləri (məsələn, uzunmüddətli emitent defoltu reytinqi - IDR), analitik tədqiqatlar və qlobal iqtisadi proqnozlar təqdim edir.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 03:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri